Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN ADAMINI İŞDƏN ÇIXARDILAR
RAMİZ MEHDİYEVİN ADAMINI İŞDƏN ÇIXARDILAR10-12-2012, 09:07 |
PA ŞEFİNİN KOMANDASINA QARŞI HÜCUMLAR DÖVLƏT QƏZETİNDƏN BAŞLADI DİA.AZ: - “Azərbaycan" qəzetinin şöbə müdiri istefa verib... Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir: “...Xalid Niyazovun müdir olduğu şöbə ləğv edildi. Ali Qanunverici orqanın-MM-in qəzetində-Əməkdar jurnalist Xalid Niyazovun müdir olduğu Dövlət quruculuğu şöbəsinin ləğv olunması olduqca maraqlıdır... Jurnalist isə buna etiraz olaraq istefa verib. Keçmiş ABU rektoru E.Abdullayevin R.Mehdiyev barədə son açıqlamalarından sonra R.Mehdiyevə bu qəzetdə ən etibarlı və peşəkar bir jurnalistin müdir olduğu şöbənin ləğvini, bunun üstündən onun etirazla istefasını şok hadisə hesab etmək olar. Çünki X.Niyazov PA rəhbərliyinə çox yaxın şəxs idi və məlumatlı şəxslərdən biri sayılır... Ola bilsin ki, kimlərsə bu addımı ılə Niyazovu qıcıqlandırmaq, bütün sirləri ortaya qoymaq kimi məcburi addım atmağa təhrik etmək niyyəti güdür. Onun isə ən yaxın günlərdə şok açıqlama yayacağı sirr deyil... Çünki bu qəzetdə həqiqətən də ondan savadlı və peşəkar jurnalist demək olar yoxdur..." DİA.AZ olaraq “Azərbaycan" qəzetinin rəhbərliyi ilə və istefa vermiş X.Niyazovla əlaqə saxlaya bilməsək də jurnalistin iş yoldaşlarından biri faktı təsdiqlədi. Geri qayıt |