Əsas Səhifə > Hadisə > BDU-NUN TƏLƏBƏSİ OLAN 19 YAŞLI QIZIN İNTİHAR TƏFƏRRÜATI
BDU-NUN TƏLƏBƏSİ OLAN 19 YAŞLI QIZIN İNTİHAR TƏFƏRRÜATI7-12-2012, 10:38 |
DƏHŞƏT Dekabrın 5-də Bakıda kirayə qaldığı mənzildə meyiti tapılmış qızın intihar etdiyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də özünü zəhərləyib. Gənc qızın meyiti bir neçə gün sonra tapılıb. Hadisə vaxtı isə o, evdə tək olub. ***** 06 Dekabr 2012 12:37 Dekabrın 5-də Bakıda meyiti tapılmış tələbə qızın ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də nənəsi ilə birlikdə kirayədə qalıb. Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kursunda oxuyan qızın nənəsi keçən həftə rayona gedib. N.Qasımova evdə tək qalıb. Həftənin birinci günü isə o, dərsə getməyib. Tələbə yoldaşları zəng vursalar da, 19 yaşlı qız telefona cavab verməyib. Bu, hal 2 gün davam edib. Nəhayət rayondan ailə üzvləri və tələbə yoldaşları həmin ünvana gəliblər. Onlar gənc qızın meyitini yatağında aşkarlayıblar. ****** 6 Dekabr 10:51 Son vaxtlar gənclər arasında qəfil ölüm hadisələrinin sayı kəskin artıb. Lent.az-ın məlumatına görə, belə hadisələrdən biri dekabrın 5-də Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. 1993-cü ildə Yevlax rayonunda anadan olmuş və Bakıda yaşayan Qasımova Nərgiz Kərim qızı qəfil ölüb. Məlumata görə, qəfil dünyasını dəyişmiş qız Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib. Geri qayıt |