Əsas Səhifə > Siyasət, Manşet > MİNA TƏMİZLƏMƏ İŞİNDƏ DƏHŞƏTLİ KORRUPSİYA
MİNA TƏMİZLƏMƏ İŞİNDƏ DƏHŞƏTLİ KORRUPSİYA7-12-2012, 10:26 |
ƏGƏR TORPAQLARI MİNALARDAN BELƏ TƏMİZLƏYİRİKSƏ, VAY HALIMIZA... DİA.AZ: - Keçən günlərdə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik olan ANAMA-da baş verən qanunsuzluqlarla bağlı məlumat vermişdik. Qurumun işçilərinin şikayətləri əsasında DİA.AZ-da yer alan və faktlara əsaslanan informasiyalardan sonra təşkilatda ciddi nizam intizam yaradılıb. Amma… Bu arada redaksiyamızın elektron poçtuna növbəti şikayət daxil olub. Şikayət məktubunda deyilir: “Hörmətli redaksiya! Sizə minnətdarıq ki, ötən yazılarınızdan sonra müəyyən nəticə çıxardılar və rəhbərlik ANAMA-ya məxsus texnikanın Sumqayıtda karxanada işlədilməsinə son qoydu. Amma bu müvəqqəti xarakter daşıyandr… Söhbət ondan gedir ki, hər il nə qədər insan cəbhə xəttindəki ərazilərdə müharibə dövründən basdırılmış minaların qurbanına çevrilirlər. Elə bu yaxnılarda Tərtərdə və Ağcabədi ərazisində oxşar faciəli hadisə baş verdi. Biz ötən şikayətimizdə yazmışdıq. Sağ olun Siz dərc edən kimi Beynəlxalq Təşkilatların qrantları hesabına alınan, BME-nin Azərbaycandakı nümayəndələrini aldatma sayəsində bizim yerli qrant yeyənlər Sumqayıt bazarında şəxsi məqsədlər üçün istifadə olunan, gəlirləri isə məlum ciblərə gedən 10-C-999 dövlət nömrə nişanlı hidromeks traktoru təşkilatın Güzdək qəsəbəsindəki ərazisinə gətirildi. Həmin yazılarla bağlı təşkilatın rəhbər vəzifədə çalışan əməkdaşlarına (direktor Nazim İsmayılovun köməkçisi və katibəsi Fəridə Babayeva, baş mühasib və maliyyə meneceri Sabir Səfərov, digər menecer Samir Poladov) ciddi göstərişlər və xəbərdarlıq edildi. Təşkilatın direktoru Nazim İsmayılova qeyd olunan ciddi pozuntulara son qoyması və bəzi problemlərin həll olunması, qısa zamanda aradan qaldırılması istiqamətində göstərişlər verilib. Lakin bütün baş verənlərə baxmayaraq Agentliyin Güzdək qəsəbəsi üzrə sahə supervayzeri Füzuli Namazov dost-tanışının, elə bizim yanımızda deyir ki, *Onsuz da bir neçə gündən sonra hər şey əvvəl olduğu kimi davam edəcək». Görünür Füzuli Namazov kimlərəsə güvənir. İnanırıq ki, bundan sonra bütün baş verən dəyişikliklər müsbət istiqamətdə olacaq. ANAMA-da baş verən qanunsuzluqlarla bağlı onu da deyək ki, artıq neçə gündür yenidən həmin texnika şəxsi məqsədlər üçün başqalarına icarəyə verilir. BMT-nin ölkəmizdəki nümayəndəliyinin yəqinki xəbəri yoxdur. Bu dələduzlar bizim əmək haqqımızı gecikdirlər, amma nə qədər qrant alıb yalançı sənədlərlə silirlər. Hətta bizə məlumdur ki, bəzi yalançı QHT-lər var ki, guya mina təmizləməklə, ona-buna mühazirə oxumaqla iş görür, pulları silirlər. Ona görə də biz məcburuq ki, səsimizi ANAMA-ya qrant ayıran Beynəlxalq Təşkilatlara, Baş Prokurorluğa müraciətimizi çatdırın. Bu qədər pullar ayrılır, amma yenə də hər il dinc sakinlər minaların qurbanı olur. Çünki işlər sənədlərdə görülür. Hətta bizdə məlumat var ki, bir minanı bir neçə dəfə çıxarıb basdırır, sonra hərbi hissələrdən alınmış minalar partladılır, videosunu və şəklini çəkib sənədə tikirlər, Beynəlxalq Təşkilatları və Azərbaycan hökumətini aldadırlar. Bizim bu səsimizi tərcümə edib saytınızda yerləşdirin, qoy dünya bilsin ki, bəzi işbazlar nə işlə məşğuldurlar. Biz növbəti məktubumuzda dinc sakinlərin qanı bahasına qrantlar yeyən həmin adamların və bəzi QHT-lərin adlarını qeyd edəcəyik. Bizdə bunu sübut edən faktlar, şəkillər və şahidlər də var». Beynəlxalq Təşkilatlar hara baxır? Xatırladırıq ki, oxşar məzmunlu şikayət məktubu bir müddət əvvəl də redaksiyamıza göndərilmişdi və şikayətçilərdən biri redaksiyamızda da olmuşdu. Şikayətçi-ANAMA-çının sözlərinə görə isə Agentliyin Güzdək qəsəbəsi üzrə sahə supervayzeri Füzuli Namazov əməllərindən əl çəkmir və qanunsuz işlər görür: “Belə ki, öz həmyerlisi, agentliyin minaxtaranı (sapyor) vəzifəsində çalışan Orucov İmamverdini aylığa buraxaraq ondan müəyyən məbləğdə pul alır. Orucov İmamverdi agentliyin 10-c-999 dövlət nömrə nişanlı hidromeks qazma traktorunun sürücüsüdür, hansı ki, Sumqayıt daş bazarında agentliyin yanacaq kartından istifadə olunaraq müəyyən gəlirlər əldə olunur və mənimsənilir. Onu da qeyd edək ki, Orucov İmamverdi işə gəlmədiyi halda agentliyin peşəkar işçilərinin aldığı əmək haqqından 100 AZN artıq əmək haqqı alır. Digər işçi Hüseynov Novruzu isə xəstəliklə əlaqədar olaraq işə gəlmədiyini bəhanə edərək işdən xaric edirlər. ANAMA-nın digər vəzifəli şəxsləri, başda direktor Nazim İsmayılovun köməkçisi və katibəsi Fəridə Babayeva, baş mühasib və maliyyə meneceri Sabir Səfərov, digər menecer Samir Poladov vəzifələrindən sui-istifadə edərək Füzuli Namazovu müdafiə edib baş verən olayları rəhbərlikdən gizlədirlər. Xəstəliyi bəhanə edilərək işdən çıxarılan Hüseynov Novruzu direktorla görüşməyə imkan vermirlər. Çünki yaxşı bilirlər ki, birgə işlədikləri qanunsuz əməllərin üstü açılacaq…» və s. Mövzuya qayıdacağıq və növbəti yazıda məhz qrantlar alıb guya mina təmizləməklə məşğul olan QHT-lərlə bağlı şikayətçilərin redaksiyamıza verdiyi məlumatları önə çəkəcəyik. Maraqlı məqam yaranıb: Azərbaycanda dins sakinlər minaların qurbanı olur, ANAMA isə Beynəlxalq Təşkilatlardan külli miqdarda qrantlar alır və bəzi QHT-lərin əli ilə pulları silir. Buna nə ad vermək olar? Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |