Əsas Səhifə > Dünya > ERMƏNİLƏR TÜRKİYƏDƏN KİMİ «OVLAMAQ» İSTƏYİRLƏR?

ERMƏNİLƏR TÜRKİYƏDƏN KİMİ «OVLAMAQ» İSTƏYİRLƏR?


7-12-2012, 08:57
ERMƏNİLƏR TÜRKİYƏDƏN KİMİ «OVLAMAQ» İSTƏYİRLƏR?
KAMAL QILINCDAROĞLUYA QARŞI ABSURD İDDİA

DİA.AZ: - Ermənilərin tanınmış şəxslərimizi erməniləşdirmə cəhdlərinə hər zaman şahidlik etmişik. Öz tarixləri, torpaqları, dəyərləri olmayan düşmənlərimiz bu gün bizdən oğurladıqları hesabına hər şeyə nail olublar. Muisiqimizdən tutmuş, ədəbiyyatımızacan və bütün keyfiyyətlərimizəcən əl uzadan ermənilər bizimlə yanaşı, Türkiyə türklərinə aid olanları da oğurlamaqla məşğuldurlar.

Bir müddət əvvəl isə ermənilər qardaş Türkiyədə ana müxalifət lideri olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Qılıncdaroğlununun erməni kökənli olduğunu iddia etmişdilər. Bu barədə ilk iddianı səsləndirən «Dersim erməniləri» dərnəyinin başqanı Miran Pirgiç Gültəkin hətta daha da irəli gedərək Kamal Qılıncdaroğlunun anasının adının Emoş olduğunu da iddia etmişdi: «Kimiləri də ona Yemoş deyiblər. Amma Qılıncdaroğlu bunu inkar edir. Necə ki, kürd olduğunu da rədd edir. Halbuki Dərsimdə bunu hamı bilir. O, Dərsimin Nəzmiyə kəndindəndir. Ora isə ermənilərin məskunlaşdıqları yerdir. Erməni olduğunu inkar edən Qılıncdaroğlu əslində anasını təhqir edir».

Hər halda, düşmən ermənilərin bu qədər həyasızlığına biz vərdiş etsək də, qardaş Türkiyə bunca TARİXİ DƏRSLƏRƏ rəğmən nə vərdiş edib, nə də doğru reaksiya üsuluna bələddir. Elə buna görədir ki, bu gün terrorçular Türkiyənin parlamentinə qədər irəliləyə bilib, Ermənistan isə Türkiyə ilə az qala hökmlə danışır.

DİA.AZ bildirir ki, Türkiyəyə qarşı da bir zamanlar Azərbaycana tətbiq etdiyi üsullarla davranan ermənilər qardaş ölkədən tək Qılıncdaroğlunu istəmirlər. Onlar həmçinin Van da daxil olmaqla, tarixi Azərbaycan torpaqları hesab olunan Qarsa, İğdıra da iddialıdırlar ki, bu absurd iddialarını dəfələrlə irəli sürüblər və bu gün Ermənistanın tarix dərsliklərində, hətta dövlət sənədlərində belə bu iddialar rəsmən yer alıb.

Geri qayıt