Əsas Səhifə > Güney Press / Manşet > ŞOK İSLAHAT: SƏLİM MÜSLÜMOVU VƏZİFƏDƏN ALIRLAR

ŞOK İSLAHAT: SƏLİM MÜSLÜMOVU VƏZİFƏDƏN ALIRLAR


6-12-2012, 17:20
ŞOK İSLAHAT: SƏLİM MÜSLÜMOVU VƏZİFƏDƏN ALIRLAR
DİA.AZ: - Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, hakimiyyətin gözlənilən növbəti kadr islahatlarının əsas hədəflərindən biri Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovdur. Artıq bu məlumatımız təsdiqlənmək üzərədir.

Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbələrdən sızan informasiyada qeyd olunur ki, yaxın günlərdə Səlim Müslümov vəzifəsindən azad ediləcək və onun yerinə bir zamanlar əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş, sonuncu dəfə isə Belorusiyada səfir görəvini daşımış Əli Nağıyev gətiriləcək.

Xatırladaq ki, keçən həftə səfir kimi fəaliyyət göstərmiş sabiq məmurlardan birinə - Bakı şəhər Baş Polis İdarəsinin rəisi olmuş Məhərrəm Əliyevə yüksək dövləti vəzifə verilib. İndi isə mənbəmiz sıranın Əli Nağıyevə çatdığını bildirir.

Geri qayıt