Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: İMİSLİ POLİSİ CİNAYƏTİN ÜSTÜNÜ RÜŞVƏTLƏ AÇIR
ŞOK: İMİSLİ POLİSİ CİNAYƏTİN ÜSTÜNÜ RÜŞVƏTLƏ AÇIR6-12-2012, 14:05 |
BARMAQ İZİNİN GÖTÜRÜLMƏSİ PULLA İMİŞ DİA.AZ: - İmişli rayonu Xəzər küçəsi 2 ünvanında yaşayan Əliyeva Fatma Əbülhəsən qızı redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a daxil olan məktubun mətnini diqqətinizə çatdırırıq: “Salam hörmətli redaksiya. Yazıb sizə bildirirəm ki, 1 yanvar 2011-ci il tarixində yaşadığımız İmişli rayon Xəzər küçəsi N2-dəki mənzilimiz mənzil qarət edilib, hadisə nəticəsində evimizdən dəyəri 8 min manatdan çox olan qızıl-zinət əşyası oğurlanıb. Hadisədən dərhal sonra baş verən cinayət hadisəsi ilə bağlı İmişli Rayon Polis Şöbəsini məlumatlandıraraq, cinayətin açılması üçün gərəkli hesab etdiyimiz bütün informasiyaları hüquq-mühafizə orqanının əməkdaşları ilə bölüşdük. Lakin təəssüflər olsun ki, hadisənin üstündən bir il on bir aylıq bir müddət keçməsinə baxmayaraq, məlum cinayət işi hələ də açılmayıb. Bu fakt, habelə evlərin qarət edilməsi ilə bağlı olayların təkrarlanması, bütün bu cinayətlərin açılmaması bizdə belə bir təəssürat yaradır ki, rayonun hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasında maraqlı deyil. 1 yanvar 2011-ci il tarixində mənzili qarət olunan zaman evə baxış keçirməyə gələn İmişli Rayon Polis Şöbəsinin (İRPŞ) rəis müavini, hazırda Kürdəmir Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışan Aqil Tağıyev evdən barmaq izi götürmək üçün bizdən iki min manat məbləğində pul tələb etdi. Rəis müavini bildirib ki, əgər barmaq izlərinin götürülməsini istəyirsinizsə, o zaman bunun üçün Bakıdan ekspertiza çağırılmalıdır. Biz rəis müavininin bu tələbini rədd etdik və buna görə də həmin vaxt evdən barmaq izi götürülmədi, sadəcə şəkil çəkildi. Üzərindən iki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq mənzilimizin qarət edilməsi ilə bağlı cinayət işinin açılmaması bizdə belə bir təəssürat yaradır ki, həm A.Tağıyev, həm İRPŞ-nin rəis müavini Sahib Səmədov, həm də polis əməkdaşı İlqar Süleymanov məsələnin aydınlaşmasında maraqlı deyil. Odur ki, əlaqədar qurum və nazirliklərdən cinayət işinin açılmasına yardım göstərməyini xahiş edirik. Bir daha vurğulayırıq ki, cinayət işinin rayonun hüquq-mühafizə orqanları tərəfindən obyektiv surətdə araşdırılacağına inanmırıq və buna görə də istintaq işinin daha yuxarı instansiyalar tərəfindən aparılmasını xahiş edirik. Məlumat üçün qeyd edək ki, sözügedən məsələ ilə bağlı sabah, yəni 7 dekabr 2012-ci il tarixində saat 12 radələrində RATİ-də “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti” Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bütün KİV təmsilçiləri konfransa dəvətlidir”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |