Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİN BİZNESİ NƏZARƏT ALTINA ALINIR

RAMİZ MEHDİYEVİN BİZNESİ NƏZARƏT ALTINA ALINIR


6-12-2012, 11:26
RAMİZ MEHDİYEVİN BİZNESİ NƏZARƏT ALTINA ALINIR
PA ŞEFİNİN RƏQİBLƏRİ ÖLKƏNİN ƏN BÖYÜK UN MONAPOLİYASINA ƏL QOYUR

DİA.AZ: - Hakimiyyət içində cərəyan edən olaylar yenidən öz təzahürlərini ortaya qoya bilər. Söhbət təbii ki, daxildə baş verənlərin nəticələrindən gedir. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin zərərsizləşdirilməsi istiqamətində hərəkətə keçən qüvvələr çox ciddi addımların tədarükündhədirlər.

Məlumatlı qaynağın iddia etdikləri: «Bu gün məlumdur ki, hər bir məmur eyni zamanda həm də əlində böyük iqtisadi rıçaqlar da saxlayır. Ramiz Mehdiyev isə kifayət qədər ciddi siyasi rıçaqlara sahiblənməsilə yanaşı, həmçinin böyük iqtisadi qüdrətə malikdir. Konkret olaraq, onun bu gün un bazarında favorit olduğu məlumdur. Yəni PA şefi ölkədə çörək böhranı yarada biləcək səviyyədə güclüdür».

Xatırladaq ki, bir zamanlar hazırda məhbus həyatı yaşayan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev əlindəki iqtisadi gücdən istifadə edərək ölkədə valyuta böhranı yaratmışdı ki, bu da ciddi fəsadlarla müşaiyət olundu.

Mənbəmiz bildirir ki, məhz belə bir ajiotajlı olayın təkrarən yaşanmaması üçün Ramiz Mehdiyevin görəvdən alınması prosesi ağrısız halda həyata keçirilməlidir: «Elə antimehdiyevçi cəbhə də bu niyyətə söykənərək addımlarını artır. Əgər dünənə qədər Ramiz Mehdiyev barəsində hansısa qəzetin hətta səthi tənqidi məqalə yazması belə rezonans doğururdusa, indi Ramiz Mehdiyevdən yazmaq, onu tənqid etmək adiləşib. Halbuki bir müddət əvvəl ölkənin populyar qəzetlərinə belə bir qadağanın rəsmi dairələr tərəfindən qeyri-rəsmi şəkildə qoyulduğu da iddia olunurdu».

Mənbəmizə görə, məhz bu səbəbdən PA şefinin «vurulması» prosesindən öncə onun əlindəki iqtisadi qüdrəti darmadağın edilməlidir: «Artıq Mehdiyevə məxsus olan un dəyirmanları, depolar və digər strukturların nəzarət altına alınması üçün plan işlənilib. Və yaxın günlərdə real addımlar atılacaq. Təbii ki, PA şefinin özü bu barədə məlumatlıdır. Amma seyrçi qalmaqdan başqa bir variantı yoxdur».

Geri qayıt