Əsas Səhifə > Siyasət, Manşet > DİA.AZ BİR QURUMUN GÖRÜNTÜSÜNÜ NECƏ DƏYİŞDİ?
DİA.AZ BİR QURUMUN GÖRÜNTÜSÜNÜ NECƏ DƏYİŞDİ?6-12-2012, 10:01 |
NÜFUZLU DÖVLƏT QURUMU TƏNQİDƏ GÖZLƏDİYİMİZ REAKSİYANI VERDİ DİA.AZ: - Keçən ayın 16-da “Dünya” İnformasiya agentliyi olaraq maraqlı bir məqama toxunmuşduq. Söhbət Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) loqosunda istifadə olunan şirftdəki erməni ruhunun duyulmasından gedirdi. DİA.AZ olaraq bildiririk ki, artıq sözügedən qurum tərəfindən məsələyə reaksiya verilib. Belə ki, AZPROMO öz loqosuna əl gəzdirib və əvvəlki rəy darmadağın edilib. Və bizlər buna görə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov başda olmaqla bütün heyətinə bu məsələdə həssalıq nümayiş etdirdiklərinə görə və iradlarımızı normal şəkildə qəbul etmələri səbəbindən təşəkkür edirik. Və bir daha oxucularımıza həmin köhnə yazımızı təqdim edirik, xatırlatma üçün: BİZİM «AZPROMO» HANSI DÖVLƏTƏ AİD FONDDUR? ŞİRKƏTİN SİMASINDAKI ERMƏNİ ŞRTİXLƏRİ YƏQİN Kİ, NƏZƏRDƏN YAYINIB DİA.AZ: - Dünən məlum olduğu kimi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iş adamları üçün «dəyirmi massa» keçirilib. Olsun, bununla işimiz yox. Çox gözəl, belə tədbirlərin sayını çox etmək lazımdır və sevindiricidir ki, iqtisadi inkişaf nazirliyi də bu kimi tədbirlərlə bağlı bizləri davamlı olaraq məlumatlandırmaqdadır. Amma bizi maraqlandıran heç də bu deyil. DİA.AZ olaraq diqqətimizi çəkən tədbirin təşkilatçısının, yəni AZPROMO-nun loqosudur. Daha doğrusu, loqoda fondun adının yazılış formasıdır. Bəlkə də azyaşlılar bilməz, amma yaşlı nəsil və həmçinin erməni əlifbasından xəbərdar olanlarımız da təsdiqləyər ki, loqoda «azpromo»nun yazılış forması erməni əlifbasını xatırladır. Bəlkə də toxunduğumuz bu məqam kimlər üçünsə aktual hesab olunmaya bilər və ümumiyyətlə, maraqlı olmaya bilər. Olsun, amma bir məsələni unutmaq lazım deyil ki, bu gün Azərbaycanın Qarabağ torpaqlarını işğal etmiş, minlərlə vətəndaşımızın qanını tökmüş idbar qonşularımız tamam fərqli düşünürlər. Onlar olduqları istənilən bir ünvanda öz kimliklərini tanıtdırmağı vərdiş etdiklərindəndir ki, bu gün Azərbaycan torpaqlarında heçdən özlərinə az qala iki dövlətcik yarada biliblər. Və bizim susqunluğumuzun, bu kimi məsələlərə əlahiddə yanaşmamağımızın nəticəsidir ki, qazana-qazana yox, məhz itirə-itirə gedirik. Yəqin ki, yaşlı nəsil bir zamanlar Rusiyanın «RTR» kanalında yayımlanan «Smexopanorama» verilişini xatırlayar. Həmin verilişin aparıcısı erməni idi. Məşhur erməni parodisti, SSRİ xalq artisti Yevgeniy Petrosyan. Tək bu adamın həmin verilişdə aparıcılıq etməsi səbəbindən verilişin loqosunda erməni əlifbasının ruhu, tərzi aşkar surətdə duyulurdu. Necə ki, bu gün Azərbaycan iqtisadi inkişaf nazirliyinin dəstəklədiyi və bizlərə aid olan «AZPROMO»nun loqosunda məhz erməni əlifbasının ruhu və tərzi duyulmaqdadır. Ola bilsin ki, bu gün «AZPROMO»ya rəhbərlik edən gənc qardaşımız Rüfət Məmmədov loqo məsələsində bu qədər detalına varmayıb və yaxud da loqo seçiminin ona aidiyatı olmayıb, onun səlahiyyətində olmayan bir məsələdir. Amma biz xəbərdarlığımızı edirik və həm onun rəhbəri olduğu şirkətin loqosunu və həm də erməni Petrosyanın məşhur verilişinin loqosunu yan-yana qoyaraq aradakı ortaqlığı diqqətə çatdırırıq. Bu ortaqlığı təşkil edən isə erməni əlifbasıdır. Geri qayıt |