Əsas Səhifə > Dünya > MÜXALİFƏT QƏLƏBƏYƏ DOĞRU İRƏLİLƏYİR

MÜXALİFƏT QƏLƏBƏYƏ DOĞRU İRƏLİLƏYİR


5-12-2012, 13:31
MÜXALİFƏT QƏLƏBƏYƏ DOĞRU İRƏLİLƏYİR
DƏMƏŞQİN ƏSAS HAVA LİMANLARINDAN BİRİ ƏLƏ KEÇİRİLDİ

Bu gün Azad Suriya Ordusu (ASO) Dəməşqdəki əsas hərbi aeroportlardan birini ələ keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, aeroport uzun müddət davam edən toqquşmalardan sonra müxalifətin əlinə keçib. Hər iki tərəfdə həlak olanlar var.
Xəbər verilir ki, ASO artıq Dəməşqdə və ölkənin başqa iri şəhərlərində 20-dən artıq hava hücumundan müdafiə obyektinə nəzarət edir.

Geri qayıt