Əsas Səhifə > Cəmiyyət > NAZİRDƏN QARDAŞI OĞLUNA İLGİNC HƏDİYYƏ

NAZİRDƏN QARDAŞI OĞLUNA İLGİNC HƏDİYYƏ


5-12-2012, 12:08
NAZİRDƏN QARDAŞI OĞLUNA İLGİNC HƏDİYYƏ
ZİYA MƏMMƏDOV DÖVLƏTİ VƏZİFƏLƏRİ DƏDƏ MALINA ÇEVİRİB

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov qardaşı Tərəzi İdarəsinin rəisi postunu hədiyyə edib.

Belə ki, mənbəmizin verdiyi məlumata görə, Ziya Məmmədov Nəqliyyat Nazirliyinin daxilində fəaliyyət göstərən “Tərəzi” İdarəsini idarə etmək üçün doğma qardaşı oğluna tapşırıb. “Tərəzi” İdarəsi axı nədir? Məgər ölkədə Gömrük Komitəsi yoxdurmu? Məgər Kəmaləddin Heydərov həqiqətən onun biznesinə əl qoyana göz yumur?

GUNDEMİNFO.AZ-a daxil olan bilgiyə görə, “Tərəzi” İdarəsi 2011-ci ildən fəaliyyət göstərir. Bu idarənin əsas xüsusiyyətləri yük maşınlarının yüklə Azərbaycanın istənilən nöqtəsində hərəkəti zamanı yeni vergi, yəni rüşvətin yığılma formasıdır. Hər bir yük avtomaşını tonnajından asılı olmayaraq hərəkət istiqamətində Hörmətli nazirimizin qardaşı oğlunun işçilərinə rüsum ödəməlidir. Rüsumun miqdarına əsasən də həmin işçiyə əmək haqqı, yəni “şapka” kimi maaş ödənilir. Mənbəmiz onu da vurğulayır ki, göstərilən “Tərəzi” İdarəsində keçmiş polis və DYP işçiləri olmuş və nazirin qardaşı oğluna yaxın olan şəxslər çalışır.

Açıq aşkar pul yığımı ilə məşğul olan bu İdarənin Respublikamızın hər regionunda nöqtələri vardır. Hətta fəaliyyəti dövründə bir çox problemlərlə üzləşən idarənin işçiləri son dövrlər yükdaşıyan firmaların sahiblərinə açıq aşkar təzyiqlər göstərirlər. Redaksiyamıza daxil olmuş çoxlu sayda şikayət məktubları da buna sübutdur.

Sonda məlumata görə, Kəmaləddin Heydərovun xeyir duası olmadan açılmış bu idarənin əsasən də ölkənin şimal bölgələrində fəaliyyəti fövqəlnazirin ətrafından da yan keçməyib. Belə ki, Yükdaşıyan firmaların çoxu şimal bölgələrində fəaliyyət Fövqəlnazirin zavod və fabriklərinə məxsusdur.

Mövzu nəzarətimizdədir.

Geri qayıt