Əsas Səhifə > Güney Press / Manşet > NARKOTİK ALVERÇİLƏRİNİN QƏRİBƏ “İŞ ÜSULU”

NARKOTİK ALVERÇİLƏRİNİN QƏRİBƏ “İŞ ÜSULU”


4-12-2012, 16:50
NARKOTİK ALVERÇİLƏRİNİN QƏRİBƏ “İŞ ÜSULU”
DİA.AZ: - Azərbaycanı zəhərləyən, Azərbaycana zəhər daşıyan narkotik alverçiləri öz iş üsullarını ilbəil, aybaay yeniləşdirirlər. Vaxtilə uşaq qundağında, kuklaların içində narkotik daşıyanlar, sonralar qarpızın, yemişin, maşın təkərinin içində, eləcə də mədələrində, düz bağırsaqlarında narkotik daşımağa başladılar.

Bu günlərdə isə onların daha bir maraqlı iş üsulu aşkarlanıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Masallı rayonunun Çaxırlı ərazi vahidində yerləşən Kəlbhüseynli kəndinin sakini Abuşov Cəfər Abuş oğlu narkotik gətirmək üçün özünü at alverçisi kimi göstərib. Belə ki, Masallıda QAZel markalı maşına bir at mindirib, Biləsuvar sərhədi tərəfə gedir. Burada onun üçün gətirilən 30 kiloqrama yaxın narkotiki maşındakı ata sarıyıb geri qayıtmaq istəyir. Elə təsəvvür yaratmağa çalışır ki, guya, o, buradan at alıb rayona gətirir. “Əməliyyatdan” sonra şəriklərinə zəng etməyi də unutmur: “Atı gətirirəm, “dayçası” ilə” (Yəni narkotiklə.) Telefonu izləndiyindən onun bu jesti qeydə alınır. Beləliklə, Cəfər Abuşov atı və “dayçası” ilə birlikdə Sərhəd Qoşunları İdarəsinin əməkdaşları tərəfindən yaxalanır. Hazırda araşdırma aparılır.

Onu da qeyd edək ki, DİA.AZ-a bu mövzuda daha bir maraqlı məlumat da daxil olub. Masallı Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərinin 2 sakini narkotiklə yaxalanıb. İrandan gələrkən Masallı rayonunun Təzəkənd kəndi yaxınlığında saxlanılan bu şəxslərdən - Masallı şəhər sakini Əsədullayev İlham Samid oğlundan və Hüseynov Sədi Fərrux oğlundan müvafiq olaraq 100 və 50 qram narkotik tutulub. Onlar narkotiki anus dəliyindən keçirtməklə düz bağırsaqda yerləşdiribmişlər. Səbəbini də belə izah ediblər ki, İrana müalicəyə getmişdik, yol pulunu çıxartmaq üçün bu addımı atdıq.

Geri qayıt