Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR ƏLİYEV YENİDƏN BANKINA İŞƏ QAYIDIB

ETİBAR ƏLİYEV YENİDƏN BANKINA İŞƏ QAYIDIB


4-12-2012, 15:26
ETİBAR ƏLİYEV YENİDƏN BANKINA İŞƏ QAYIDIB
DİA.AZ: - Bir müddət əvvəl azadlığa buraxılan keçmiş В«TexnikabankВ»ın (indiki В«Bank TechniqueВ») Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev hələ azadlığa çıxarkən bildirmişdi ki, onun yenidən əvvəlki postuna qayıtma fürsəti var. Etibar Əliyev bu barədə mətbuata açıqlamasında bildirmişdi ki, onun yenidən banka qaytarılması mümkündür. Daha doğrusu, Etibar Əliyev В«yenidən işimə qayıdacamВ» demişdi.

Və onun bu açıqlamasının qarşılığında jurnalistlər sual etmişdilər ki, artıq bankın adı da dəyişdirilib və Müşahidə Şurasına yeni rəhbər də gətirilib. Lakin bu məsələyə də özünəməxsus arxayınçılıqla cavab verən Etibar Əliyev bildirmişdi ki, heç bir post və heç kəs hansısa postda əbədi deyil və o, bankda işləyəcək.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq yetərincə istirahət etdiyini düşünən Etibar Əliyevin yenidən В«TexnikabankВ»a qaytarılması ilə bağlı müvafiq dairələr tərəfindən razılıq verilib: В«Təbii ki, burada kimin razılığının alındığı aydın məsələdir. Artıq Etibar Əliyev tam olaraq В«opravdaniyaВ» qazandığından onun yenidən banka qaytarılması məsələsi müzakirə olunurВ».

Mənbəmiz bildirir ki, Etibar Əliyev Müşahidə Şurasına yox, başqa bir vəzifəyə gətirələcək: В« Məlumdur ki, sözügedən bankın səhmdarları В«World Wines Private CompanyВ» (75%), В«Kazimir Caspian Fund LimitedВ» (10%) və Etibar Əliyevdir (15%). Və bu pay yetərincədir ki, Etibar Əliyev yenidən bankda mühüm bir postu tutsunВ».

Onu da bildirək ki, Etibar Əliyev həbs olunduğu ilkin dönəmlərdə onun payının əlindən alındığı haqda da məlumatlar yayılmışdı. Lakin bu məlumat sonradan təsdiqini tapmadı.

Geri qayıt