Əsas Səhifə > Cəmiyyət, Manşet > MƏMURLAR ARASINDAKI SAVAŞ ÖLKƏNİ DONDURUB

MƏMURLAR ARASINDAKI SAVAŞ ÖLKƏNİ DONDURUB


4-12-2012, 12:01
MƏMURLAR ARASINDAKI SAVAŞ ÖLKƏNİ DONDURUB
RAMİZ MEHDİYEVƏ YAXIN OLANLAR DA ZƏRƏR GÖRƏCƏK

DİA.AZ: - Redaksiyamıza bu arada hakimiyyət içində cərəyan edən olaylarla bağlı maraqlı bir məlumat daxil olub. Belə ki, bu günlərdə hakim elitaya aid iki nüfuzlu məmurun Bayıl uğrunda apardıqları mübarizə məsələsi lap yuxarı instansiyalara qədər çıxıb və bu zaman döyüşən tərəflərə ilginc bir reaksiya verilib.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, hazırda paytaxtın bir çox yerləri və həmçinin Bayıl qəsəbəsinin bir xeyli hissəsi plana düşüb: «Lakin həmin ərazinin hansı məmurun nəzarəti altında yenidən inşa olunacağı məsələsi tam müəyyənləşmədiyindən işlər yarımçıq qalıb. İki nüfuzlu məmurun Bayılda gözü var və neçə müddətdir ki, onların arasındakı konflikt davam etdiyindən, söküntü-tikinti işləri də yubanır».

Mənbəmiz bildirir ki, nəhayətdə bu məsələni «yuxarıda» çözmək qərarını verən tərəflərə maraqlı bir izahat verilib: «Onların diqqətinə çatdırılıb ki, hələ kimin qalıb, kimin gedəcəyi bəlli deyil. Odur ki, inşaat işləri də dayandırılıb».

Hər halda, bu gün hakimiyyət daxilindəki çəkişmələrin iqtisadi sferaya da, həmçinin inşaat sektoruna da təsir edəcəyi təbii qarşılanmalıdır. Çünki bütün gəlirli sahələr məhz məmurlar arasında bölüşdürülüb və bu gün gediş astanasında olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı plan, təbii olaraq, ona yaxın olan sahibkar çevrəsinə də böyük bir zərbə effektini daşımış olacaq.

Geri qayıt