Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ NAZİRİMİZ ƏFV OLUNMASI ÜÇÜN MÜRACİƏT EDİB
KEÇMİŞ NAZİRİMİZ ƏFV OLUNMASI ÜÇÜN MÜRACİƏT EDİB4-12-2012, 11:25 |
FƏRHAD ƏLİYEV ƏRİZƏ YAZIB, ƏLİ İNSANOV İSƏ YOX DİA.AZ: - Hələ öncədən məlumat verərək bildirmişdik ki, bu ilin dekabr ayının 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. Artıq bu barədə gələn məlumatlardan aydın olur ki, müvafiq qurumlar fərmanın imzalanması tarixinə qədər siyahıların hazırlanması yönündə təlimatlandırılıblar. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə isə bildirilir ki, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev əfv olunmaları üçün prezident İlham Əliyevin adına ərizə ilə müraciət ediblər. Mənbəmiz həmin müraciətin mətnindən bəzi sitatları da gətirib: «Əfv ərizəsində vurğulanır ki, Fərhad Əliyev səhhətindəki problemlərin şiddətlənməsi səbəbindən əfv olunmasını istəyir. Qardaşının - Rafiq Əliyevin isə günahsız olduğunu bildirməklə, belə bir bağışlanmanı rica edib». Amma maraqlı orasıdır ki, məhbus Əliyev qardaşlarından fərqli olaraq keçmiş səhiyyə naziri Əli İnsanovun belə bir müraciətdə bulunmadığı söylənilir. Bu barədə danışan mənbəmiz bildirib ki, Əli İnsanova hətta rəsmi dairələr dolayı yollarla ismarıc da göndəriblər ki, əgər ərizə yazarsa, buna baxıla bilər: «Amma keçmiş səhiyyə naziri bir neçə dəfə rədd cavabı verib». Geri qayıt |