Əsas Səhifə > Gündəm, Manşet > YENİ YARADILAN TELEKANALA KİMİ RƏHBƏR GƏTİRİRLƏR?

YENİ YARADILAN TELEKANALA KİMİ RƏHBƏR GƏTİRİRLƏR?


4-12-2012, 08:44
YENİ YARADILAN TELEKANALA KİMİ RƏHBƏR GƏTİRİRLƏR?
«APA» RÖVNƏQ ABDULLAYEVİN ARZULARINI GERÇƏKLƏŞDİRMƏK İSTƏYİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, ölkənin və regionun ən nüfuzlu xəbər agentliyi olan «APA» öz fəaliyyətində yenilik etməyə hazırlaşır. Bu barədə DİA.AZ-a ötürülən informasiyaya görə, gələn ilin yanvar ayından etibarən «APA» həm də bir telekanal olaraq fəaliyyət göstərəcək.

Bununla bağlı redaksiyamızı məlumatlandıran qaynağın iddialarına görə, artıq yeni telekanala əməkdaşlar da cəlb olunmaqdadır. Belə ki, bir zamanlar ANS telekanalında parlaya bilmiş, tanınmış telejurnalist Eldəniz Vəliyevin «APA» Holdinqə aid telekanala patronluq edəcəyi söylənilir.

Qeyd edək ki, «APA» zamanında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çətiri altında olub. Lakin hakimiyyət içində cərəyan edən son bir neçə aydakı olaylar fonunda bu xəbər agentliyi də başqa qüvvələrin nəzarəti altına keçdi ki, bununla da agentlik həm də telekanal fəaliyyəti imkanı əldə etmiş oldu.

Mənbəmiz onu da bildirdi ki, daha çox xəbər üstündə qurulacaq yeni telekanal Azərbaycanda nüfuzlu «Euronyus» kanalının analoqu kimi fəaliyyət göstərmək niyyətindədir. Bildirək ki, zamanında belə bir telekanalın yaradılma təşəbbüsü ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də çıxış etdiyi məlumdur. Amma ARDNŞ şefinə belə bir icazə verilmədiyindən o, «Regional»TV-ni himayə etməklə, özünün efir maraqlarını bu şəkildə təmin etməyə vadar olmuşdu.

Geri qayıt