Əsas Səhifə > Siyasət, Manşet > GİROV DÜŞƏN AZƏRBAYCANLI DÜŞMƏNİ ALDADIB?

GİROV DÜŞƏN AZƏRBAYCANLI DÜŞMƏNİ ALDADIB?


1-12-2012, 10:35
GİROV DÜŞƏN AZƏRBAYCANLI DÜŞMƏNİ ALDADIB?
ERMƏNİ TƏRƏFİNDƏN İDDİA: TELMAN ƏLİYEV HƏMYERLİLƏRİ İLƏ DANIŞIB

DİA.AZ: - Məlum olduğu kimi, dünən Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşı Telman Cavanşir oğlu Əliyev beynəlxalq missiyanın iştirakı ilə Azərbaycana qaytarılıb. Bildirək ki, bu təhvil-təslim prosesinə Azərbaycan tərəfi etiraz edib və prosesdə ermənilərin silahlı şəkildə təmsil olunmasının beynəlxalq konvensiyalara zidd olduğunu bildiriblər.

Təbii ki, bu ittihamı qulaqardına vuran rəsmi İrəvan da qarşılıqlı iddia irəli sürüb. DİA.AZ-ın erməni mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, düşmən ölkənin Müdafiə Nazirinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata verdiyi açıqlamasında bildirib ki, əsirlik dönəmində özünü ermənilərə lal-kar kimi təqdim edən Telman Əliyev təhvil-təslim prosesində öz həmyerliləri ilə salamlaşıb ki, bununla da onun lal-kar olmadığı müəyyən olunub.

Xatırladaq ki, Telman Cavanşir oğlu Əliyev 12 noyabr tarixində yolunu azaraq düşmən tərəfə keçib.

Bu məsələni şərh edən hərbi dairələrdəki həmsöhbətimiz isə DİA.AZ-a bildirdi ki, əslində Telman Əliyevin bu şəkildə davranması normaldır: «Onun özünü lal-kar kimi göstərməsi əslində hansısa dindirmədə iştirakdan yayınması niyyətindən doğub. Və maraqlı orasıdır ki, ermənilər onu sonna qədər lal-kar biliblər. Və indi də yanıldıqlarını bu şəkildə ifadə edirlər».

Geri qayıt