Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV BİRDƏFƏLİK OLARAQ MOSKVAYA KÖÇÜR
RAMİZ MEHDİYEV BİRDƏFƏLİK OLARAQ MOSKVAYA KÖÇÜR1-12-2012, 10:07 |
ƏL-QOLU BAĞLANAN PA ŞEFİNİN AZƏRBAYCANDAKI BİZNESİ DƏ ƏL DƏYİŞİR DİA.AZ: - Prezident Administrasiyası ilə bağlı islahatların anonsunu hələ öncədən xəbər vermişdik və yazdıqlarımızın hər biri təsdiq olunmaqdadır. Artıq Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev də PA-ya yüksək vəzifəyə təyin edildi ki, bununla da baş verənlərin mahiyyəti tam çılpaqlığı ilə ortaya çıxmış oldu. Hər halda, Məhərrəm Əliyevin hansı əhəmiyyətdə bir fiqur olmasını və onun belə bir yüksək vəzifəyə təyin edilməsinin hansı əlamətdarlıq daşımasını təxmin etmək o qədər də çətin deyil. Çətin olmayanı həm də hadisələrin bundan sonrakı axarını proqnozlaşdırmaqdır. Söhbət təbii ki, burada PA şefi Ramiz Mehdiyevin tədrici izoləsindən, həmçinin onun əl-qolunun bağlanmasından gedir. Amma keçmiş sovet nomenklaturasının ən bariz izi və həmçinin Rusiyanın Azərbaycandakı əsas dayağı kimi qəbul olunan Ramiz Mehdiyevin bu kimi hadisələrin fonunda reaksiyasız qalmayacağı aydın idi. Və oldu da. Söhbət Rusiyanın Azərbaycana müxtəlif istiqamətlərdən etdiyi həmlələrdən gedir. Bu barədə danışan hökumət içindəki mənbəmiz isə iddia edir ki, artıq Kremlə rəsmi Bakı anlaşıb. Ramiz Mehdiyev yola salınmalıdır. Amma burada bir maraqlı məqam isə Ramiz Mehdiyevin könüllü şəkildə istefaya getməsilə bağlıdır. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, Ramiz Mehdiyev yaxın günlərdə səhhətindəki problemləri əsas gətirərək istefa verəcək: «Onun bundan sonra birdəfəlik olaraq Moskvaya köçməsi də gözlənilir. Təxminən iki aydır ki, Ramiz Mehdiyev bu prosesin - köç prosesinin tədarükündədir və hətta onun Moskvada hansı ünvanda qalacağı da məlumdur». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevin Azərbaycandakı biznes dayaqlarının da əl dəyişdirilməsi prosesinə başlanılıb və bu prosesi tənzimləyən yuxarı dairələr hətta biznesinin müqabilində PA şefinə müəyyən həcmdə təzminatı da ödəmə qərarını veriblər. Yəni illərin «boz kardinalı» özünün siyasi qürubunun son günlərini yaşamaqdadır… Geri qayıt |