Əsas Səhifə > Güney Press / Manşet > BAKIDAKI ORTA MƏKTƏBLƏR YOXLANILACAQ
BAKIDAKI ORTA MƏKTƏBLƏR YOXLANILACAQ30-11-2012, 14:44 |
![]() TƏHSİL NAZİRLİYİNƏ QARŞI DAHA BİR ADDIM DİA.AZ: - Təhsil sistemində təlatümlü günlər yaxınlaşır. Bu barədə DİA.AZ-a xəbər verən mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, gələn ilin yanvar ayından etibarən Bakıdakı orta məktəblərdə ciddi təftiş nəzərdə tutulub. Mənbəmiz bildirir ki, orta məktəblərdə təhsilin səviyyəsindən tutmuş, kadr potenisalına qədər, həmçinin orta məktəblərdə maliyyə işlərinəcən bütün istiqamətlərin total qaydada yoxlanılması planlaşdırılır. Onu da bildirək ki, təhsil sisteminə nəzarət edən təhsil nazirliyində orta məktəblərlə bağlı iki kuratorluq var. Əyalət məktəblərinə təhsil nazirinin müavini, Bakı məktəblərinə isə təhsil naziri Misir Mərdanovun özü kuratorluq edir. Və bu səbəbdən mənbəmiz vurğulayır ki, gözlənilən yoxlama bumu da məhz Misir Mərdanova qarşı nəzərdə tutulan addımdır. Çünki cavabdehlik nazirin üzərindədir. Geri qayıt |