Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ ƏHMƏDOV ADMİNİSTRASİYAYA GƏTİRİLİR

ƏLİ ƏHMƏDOV ADMİNİSTRASİYAYA GƏTİRİLİR


30-11-2012, 14:17
ƏLİ ƏHMƏDOV ADMİNİSTRASİYAYA GƏTİRİLİR
VƏ ƏLİ HƏSƏNOV VƏZİFƏDƏN ALINIR

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Prezident Administrasiyasında bir sıra islahatlar həyata keçirib. İslahatlar nəticəsində PA-da üç müavin postu təsis edilib və dünənə qədər Ramiz Mehdiyevə rəqib kimi nişan verilən Əli Əsədovla Zeynal Nağdəliyev də yeni postlara təyin ediliblər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Prezident Administrasiyasında islahatlar may ayına qədər davam edəcək. Xatırladaq ki, az əvvəl PA-nın şöbə müdirlərindən olan və Ramiz Mehdiyevin əsas adamı kimi tanınan Əli Həsənovun da vəzifəsindən alınacağını xəbər vermişdik.

Mənbəmiz bunu təsdiqləyib. Eyni zamanda mənbəmiz əlavə etdi ki, hələlik həmin posta kimin gətiriləcəyi məlum deyil. Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarda həmin posta gənc deputat Fuad Muradovun ən şanslı aday olduğu söylənilirdi.

Mənbəmiz bildirir ki, ən diqqətçəkəni isə YAP-ın icraçı katibi Əli Əhmədovun Prezident Administrasiyasına gətirilməsi ideyasıdır: В«Hələlik bu barədə danışıqlar gedir. Lakin onun hansı vəzifəyə təyin olunacağı bəlli deyil. Eyni zamanda bəlli olanı da odur ki, keçmiş nüfuzlu məmurlardan biri də PA-da boş qalan vəzifələrdən birinə gətiriləcək. Digər yerlərə isə YAP-dan kadrlar gətirilirВ».

Geri qayıt