Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏKİ PROSESLƏRİN SONU
HAKİMİYYƏT DAXİLİNDƏKİ PROSESLƏRİN SONU30-11-2012, 12:19 |
RAMİZ MEHDİYEVİN YERİNƏ YENİ SİMA GƏLİR DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Prezident Administrasiyasına yeni təyinatlarla bağlı sərəncam imzalayıb. Sərəncamlara görə, Əli Hidayət oğlu Əsədov, Zeynal Səfər oğlu Nağdəliyev və Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib. Qeyd edək ki, Zeynal Nağdəliyev bu təyinata qədər Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Novruz Məmmədov isə Administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri idi. Əli Əsədov bu təyinatadək Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyib. Təbii ki, bu təyinat hakimiyyət daxalində uzun müddətdən bəridir ki, davam edən bəlli bir prosesin təzahürü kimi qəbul edilməlidir. Amma burada bir neçə maraqlı detal var. Bu barədə danışan hakimiyyət içindəki mötəbər mənbə DİA.AZ-a bildirdi ki, dünənə qədər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəqibləri kimi xarakterizə olunan Əli Əsədovla Zeynal Nağdəliyevin belə bir etimada layiq görülmələri bir yandan onların PA şefi postuna gətirilməsi planından imtinası anlamını daşıyırsa, digər yandan da həmçinin Ramiz Mehdiyevin gedişinə tədarük kimi dəyərləndirilə bilər. Mənbəmizin söylədikləri: «Artıq neçə müddətdir ki, Ramiz Mehdiyevin zərərsizləşdirilməsi prosesi gedir. Son sərəncam da bu qəbildəndir. Diqqət yetirin, bu sərəncamla əslində Ramiz Mehdiyevin özəl maraqları hədəfə alınmış olur. Yalnız Novruz Məmmədovun həmin sıraya daxil edilməsi faktı da var ki, bu da təyinatlardakı gerçək mahiyyətin daha da çılpaqlığının qarşısının alınmasına hesablanıb. Yoxsa aşkar surətdə «bu sərəncamla Ramiz Mehdiyev vuruldu» deyilə bilərdi». Mənbəmiz onu da bildirdi ki, Ramiz Mehdiyevin yerinə tamam yeni bir sima gətirilir. Geri qayıt |