Əsas Səhifə > Cəmiyyət > GÜLƏR ƏHMƏDOVADAN XƏBƏRDARLIQ

GÜLƏR ƏHMƏDOVADAN XƏBƏRDARLIQ


30-11-2012, 11:03
GÜLƏR ƏHMƏDOVADAN XƏBƏRDARLIQ
"MƏN HEÇ KİMİ HƏDƏLƏMİRƏM"

Sabiq deputat Gülər Əhmədova sosial şəbəkə vasitəsilə KIV redaktorlarına müraciət edib.
Modern.az-ın məlumatına görə, Gülər Əhmədova bildirib ki, özünün Facebook səhifəsində paylaşdığı statuslar bəzi redaktorlar tərəfindən yanlış anlaşılır və onlar bundan xəbər düzəldərkən düzgün başlıq seçmirlər.

“Hörmətli redaktorlar, başlıq seçəndə sözlərin hansı anlama gəldiyinə fikir verin. Kiməsə yediyi çörəyə tüpürməmək, salam-kalama hörmət etməyi məsləhət görmək nə vaxtdan hədə olub? Mən başa düşürəm ki, sizə tapşırıblar ki, Gülər Əhmədovanın "ifritə", “baba yaqa" obrazını yaradın. Alınmır eee, alınmır 10 illərlə yetim-yesirin dalınca gəzən, hüququ tapdalanmış qadınlara, uşaqlara arxa durmuş Gülər Əhmədovaya bunlar yapışmır. Kimlərəsə "ağıllı olun" demək nəsihətdir, hədə deyil” -deyə sabiq deputat bildirib.

Geri qayıt