Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVUN MÜƏLLİMİ BUNDAN ARTIQ OLMAZ

MİSİR MƏRDANOVUN MÜƏLLİMİ BUNDAN ARTIQ OLMAZ


30-11-2012, 09:32
MİSİR MƏRDANOVUN MÜƏLLİMİ BUNDAN ARTIQ OLMAZ
AĞSTAFA TƏHSİLİNDƏ BİABIRÇILIQ: MÜƏLLİM ŞAGİRDLƏRİ KÖTƏKLƏYİR

DİA.AZ: - Demək olar ki, təhsilimizdə olan özbaşnalıqlarla bağlı gündəlik olaraq məlumatlar yayılmaqdadır. Bunlardan biri də bu yaxınlarda Ağstafa rayonunda baş verib. DİA.AZ bildirir ki, bu barədə daha bir ilginc fakt “Tribuna” İnformasiya Agentliyi (tia.az) tərəfindən açıqlanıb.

Portalın yaydığı məlumatlardan aydın olur ki, “Youtube” saytında “Ağstafa təhsilindəki biabırçılıq” başlıqlı videogörüntü yayımlanıb. Həmin videogörüntüdən məlum olur ki, müəllim adına ləkə gətirən birisi şagirdləri ağac vasitəsi döyür. Və döyülən şagirdlərdə çarəsiz vəziyyətdə özlərini küncə sıxışdırmaqla canlarını qoruyurlar.

P.S. Naziri Misr Mərdanov olan təhsilindən bundan artığını gözləmək yersizdir. Amma yenə də ümid edirik ki, işini-gücünü biraxıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin haqlı iradlarını təkzib etməklə məşğul olan Misir Mərdanov bu tərbiyəsiz müəllimi taparaq, onun layiqli cəzasını verəcək.

VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ
Geri qayıt