Əsas Səhifə > Siyasət, Manşet > KORRUPSİYA PULLARI MƏMURLARIMIZI CƏNCƏLƏ SALIB
KORRUPSİYA PULLARI MƏMURLARIMIZI CƏNCƏLƏ SALIB30-11-2012, 09:21 |
HANSI NAZİRİMİZ FRANSA BANKINDA 84 MİLYON AVROSUNU BATIRMALI OLDU? DİA.AZ: - Azərbaycanın nazirlərindən birinin bankda saxladığı 84 milyon avrosu əlindən çıxıb. DİA.AZ bildirir ki, bu barədə məlumat verən mənbə bildirib ki, nazir həmin məbləği Fransadakı banklardan birinə yatırıbmış. Həmin bank nazirdən deklorasiya tələb edib. Nazir məlum səbəblərdən gəlirləri haqqında deklorasiya təqdim edə bilmədiyinə görə, bank onun hesabını dondurub. Beləliklə də, nazir pulu banka yatırmağa peşman olub. Mənbə bildirib ki, hazırda nazir ciddi-cəhdlə pulu bankdan çıxarmağa çalışır. Lakin onun istədiyinə nail olacağı inandırıcı görünmür. DİA.AZ-a bu barədə danışan bir başqa mənbə isə həmin nazirin adını açıqlamaqla yanaşı, həm də əlavə bilgilər də verib. Lakin əldə yetərli dəlil-sübutun olmaması nazirin kimliyi barədə xəbəri yaymamızı imlansız edir. Amma mənbəmizin söylədiklərini paylaşırıq: “Əslində nazir şəxsən öz adına hesab açmayıb. Hesab onun oğlunun adına açılıb. Və “bank kəşfiyyatçıları” tərəfindən həmin fransız bankına məlumat ötürüküb ki, sizdə korrupsiyadan əldə olunan gəlirlər üçün hesab açılıb və hesab Azərbaycandan olan nazirlərdən birinə aiddir. Bundan sonra hərəkətə keçən fransız bankirlər məlum qərarı verməli olublar”. Onu da xatırladaq ki, bu günlərdə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “ZQAN” Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov ABŞ-da adıkeçən ölkənin elitasına ziyafət vermişdi ki, sonradan bu iş də iflasa uğradı. Belə ki, Anar Məmmədovun həmin ziyafəti Azərbaycandan oğurlanan korrupsiya pulları hesabına təşkil etməsi barədə xarici mətbuatda məlumatların yayılması nazir oğluna tərs şillə effektində oldu. İndi isə bir başqa nazirimiz korrupsiya pullarının mənşəyi məsələsində ciddi itkiyə uğrayıb. Geri qayıt |