Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİNİN MÜAVİNİNƏ ŞOK CAVABLAR

FHN ŞEFİNİN MÜAVİNİNƏ ŞOK CAVABLAR


30-11-2012, 08:55
FHN ŞEFİNİN MÜAVİNİNƏ ŞOK CAVABLAR
AZƏR ƏSGƏROVU RƏSUL QULİYEVLƏ ƏLAQƏLƏRİNƏ GÖRƏ HƏDƏLƏYİRLƏR

DİA.AZ: - “Mən hər hansı partiyanın qərargah məsələsi ilə bağlı heç kimlə danışıq aparmamışam. Bu iş nə mənim vəzifəmə, nə də maraq dairəmə daxil deyil. Ona görə də, yayılan xəbərlər və kimlərinsə adımı bu məsələdə hallandırması gülüncdür”.

Qeyd edək ki, bu sözləri mətbuata açıqlamansında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahı ilə bağlı kimlərləsə danışıq aparması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Nazir müavini bildirib ki, Azər Əsgərov adlı şəxsin üzünü sonuncu dəfə 2000-ci ildə görüb. O.Hacıyev A.Əsgərovla ACP qərargahı ilə bağlı heç bir müzakirə aparmadığını, adının bu məsələdə səbəbsiz yerə hallanmasından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, ACP qərargahının sahibi Azər Əsgərov DİA.AZ-a verdiyi müsahibəsində son vaxtlar partiyanın qərargah məsələsi ilə bağlı yaranan qalmaqaldan danışıb. O bu məsələlərlə bağlı Orucəli Hacıyevlə də müzakirə apardığını deyib.

Onu da bildirək ki, Orucəli Hacıyevin bu açıqlamasına Azər Əsgərov DİA.AZ-da cavab vermək qərarına gəlib. Azər ƏSgərovun redaksiyamıza yolladığı açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq:

“Salam Mən Azər Əsgərov. Orucəli Hacıyev və qardaşım Yavər Əsgərovun açıqlamalarına cavab verirəm.
1. Mənim yazdıqlarımın hamısı düzdür! Orucəli Hacıyev 2000-ci ildən bu yana mənim üzümü görmədiyini deyir. Sizə sadəcə tək bir örnək verirəm , Orucəli Hacıyevdən soruşun görək, 2008-ci ildə mənim yoldaşıma məxsus olan Nərimanov rayon Nemət Quliyev 6 mənzil 48 ünvanındakı evi onun oğlu Elvin Haciyevə satmamışammı? Hələ də 5 nəfər ailə üzvüm o evdə geydiyattadır. Gedib 37 nömrəli “JEK” də yoxlaya bilərsiz.

2. Mən adətən Orucəli Hacıyevlə telefonla danışıram. Mən Bakıya gələn vaxtlar üzünü görürəm.

3. Qardaşım Yavər Əsgərov hansı təzyiqlər altında açıqlama verir - bilmirəm. Mənə də çox təzyiqlər eləmişdilər, bunları bilirəm. Mən Anamın yasına da getmişəm. Orucəli Hacıyev və Kəmaləddin Heydərov da ora gəlib. Bunu tək mən yox, bütün yas məclisində olanlar d təsdiqləyə bilər.

4. Kəmaləddin müəllimə gəldikdə isə, hamı bilir ki, hər kəs onunla tez-tez görüşə bilməz. Əlaqəyə gəldikdə isə mən çox vaxt Fəttah müəllimlə telefonda danışıram. Hətta mənim Fəttah müəllimə zamanında elədiyim hörməti heç kəs ona eləməzdi. Lazım gələrsə, o mövzunu da açıqlayaram, vaxtı gələndə...
Mən müsahibəmdə Kəmaləddin Heydərov və Fəttah Heydərov haqqında sadəcə tanıdığımı və əlaqəmin olduğunu demişəm. Necə olar ki, ağıllı fikirləşin, eyni binada yaşaya-yaşaya Abbas və Yavəri tanıyırlar ama məni tanımırlar. Gülünc söz-söhbətdi.

5. Qardaşım Yavərə məsləhətim odur bir tikə çörək və “PAKET” üçün ailəsinin haqqında böhtan danışmasın. Sənin keçən ay Antalyaya gəlmə məqsədini açıqlamaq məcburiyətində buraxma məni. Sənin kimilərin adından Antalyaya gəlib, onların hədə qorxularını və təkliflərini mənə söylədiyini demirəm hələ ki. Yeri gəlsə, açıqlayacağam. Mən bilirəm ki, qardaşım təzyiqlər altında bu açıqlamanı verib”.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt