Əsas Səhifə > Güney Press / Manşet > “AZENERJİ” ŞEFİ HƏBS OLUNAN İŞÇİSİNİ QORUDU
“AZENERJİ” ŞEFİ HƏBS OLUNAN İŞÇİSİNİ QORUDU29-11-2012, 17:30 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, dünən yayflan məlumatlarda Abşeron rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi qeyd olunurdu. Xəbərdə bildirilirdi ki, Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Y.Hüseynov noyabrın 26-da saat 16 radələrində Bakı Metropoliteninin В«Memar ƏcəmiВ» stansiyasının yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanıb. Y.Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əskinazlarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilib. Bununla bağlı bu gün DİA.AZ-a daxil olan xəbərlərdən aydın olur ki, işçisinin bu şəkildə qollarının qandallanması В«AzenerjiВ»nin prezidenti Etibar Pirverdiyevin heç də ürəyincə olmayıb və hətta Pirverdiyev bununla bağlı yuxarı instansiyalara şikayət də edib. Mənbəmiz bildirir ki, В«AzenerjiВ»nin şefi bu kimi hallarda özü tərəfindən cəzanın verilməsinin tərəfdarı olduğunu diqqətlərə çatdırıb: В«Hətta В«AzenerjiВ»nin şefi rüşvətxor kimi həbs olunan işçisini belə müdafiədən çəkinməyib, ona sahib çıxıb və bu addımın ona qarşı olduğunu da bildiribВ». Mənbəmiz əlavə edir ki, əslində Etibar Pirverdiyevin bu şəkildə üsyana qalxması səbəbsiz deyil. Çünki həqiqətən də rəqibləri bu yolla ona qarşı kampaniya aparmağı qəsd ediblər. Və həbs olunan В«AzenerjiВ» əməkdaşı əslində Etibar Pirverdiyevə yaxın şəxs olub və onunla bağlı fərqli planlar olub: В«Onun hətta müəyyən müddətdən sonra vəzifədə yüksəldilməsi də planlaşdırılırmışВ». Geri qayıt |