Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOV MÜXALİFƏTİ YENƏ İTTİHAM ETDİ
SİYAVUŞ NOVRUZOV MÜXALİFƏTİ YENƏ İTTİHAM ETDİ29-11-2012, 12:28 |
"MİTİNQ YERİNİ DOLDURA BİLMİRLƏR" “Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın dekabrın 10-da keçirilməsi planlaşdırılan razılaşdırılmamış aksiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifət kütləvi aksiyalar üçün ayrılmış müvafiq yerləri dolduracaq qədər elektorata malik deyil: “Ona görə də müvafiq qurumlarla razılaşdırılmamış yerlərdə, insanların çox olduğu mərkəzi küçələrdə, ticarət mərkəzlərinin qarşısında öz qohumlarından ibarət kiçik qruplarla aksiya keçirməyə cəhd göstərirlər. Belə aksiyaları təşkil etməkdə müxalifətin əsas məqsədi özlərinin sosial bazasının olmamasından diqqəti yayındırmaqdır”. Geri qayıt |