Əsas Səhifə > Güney Press / Manşet > BƏLKƏ DƏ GÜNAH ELƏ ANARIN ÖZÜNDƏDİR Kİ…
BƏLKƏ DƏ GÜNAH ELƏ ANARIN ÖZÜNDƏDİR Kİ…28-11-2012, 13:02 |
![]() DİA.AZ: - Dünən məlum olduğu kimi, В«CağВ» Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunub. Məlumatlara görə, bu münasibətlə Gülüstan sarayında В«Müasir Azərbaycan və В«ÇacВ» öyrətimВ» adlı konfrans da keçirilib. Məlumatlarda həm də o deyilir ki, konfransda tanınmış siyasi xadimlər, dövlət adamları, elm adamları - bir sözlə, bir sıra məşhurlar iştirak edib. Amma bu tədbiri uzun müddət yadda qalan edəcək bir hadisə də var ki, ona da əməkdaşımız şahidlik edib. DİA.AZ-ın tədbir zamanı ərazidə olan əməkdaşının sözlərindən aydın olur ki, dünən axşam saatlarında başlayan tədbir səbəbindən В«GülüstanВ» sarayının ətrafında əməlli-başlı tıxac yaranıb: В«Hətta vəziyyət o həddə çatıb ki, yaxınlıqdakı yolda yüzlərlə maşın yarım saat ərzində hərəkətsiz vəziyyətdə də qalıblar ki, bu da tədbirə gələn qonaqlar üçün də problem yaradıbВ». Əməkdaşımız bildirir ki, tədbirə dəvətlilər sırasında olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da problem yaşayan qonaqlardan olub. Amma tək problem yox… Əməkdaşımız nəql edir: В«Anar müəllimi gətirən 10 PB 280 dövlət nömrə nişanlı maşın В«GülüstanВ» sarayına doğru irəliləmək istəsə də, bir polis əməkdaşı onun qarşısını zorla kəsməyə çalışdı. Bu zaman sürücü ilə həmin polis əməkdaşı arasında mübahisə yarandı. Sürücü bildirdi ki, bəs, Anar müəllimdir maşında əyləşən. Bu zaman polis işçisi dedi ki, o, Anar müəllim tanımır, içəridə yer yoxdur, maşını buraxa bilməz. Bu zaman sürücü bildirir ki, bəs, Anar müəllim yazıçıdır, Yazıçılar Birliyinin sədridir. Bu zaman polis daha da kobudluq edərək dedi ki, В«içəridə ondan da böyük adam var, həm də mən yazıçı-mazıçı tanımıram, heç kitab da oxumuramВ». Bundan sonra Anar müəllim məcbur olub maşınından düşdü və xeyli yolu piyada getməli oldu. Halbuki Anar müəllim piyada getdikdən sonra, adı it dəftərində olmayan onlarla şəxs maşını ilə həmin polisin müşaiyəti altında içəri buraxıldıВ». Bəlkə də kimlərsə bu olaya məxsusi diqqət ayırmağımızı yekrsiz hesab edə bilər. Və düşünər ki, burada adi heç nə yoxdur. Əslində, adi heç nə yoxdur. Haqlısınız. Çünki bizlər bu gün söz sahiblərinin, elm adamlarının, millətin qaymağı hesab olunan gerçək ziyalıların hər addımda təhqir olunmasına, aşağılanmasına o qədər vərdiş etmişik ki, hansısa əli dəyənəkli polis işçisinin həqiqətən də bu millət üçün dəyər hesab olunası Anar kimi bir ziyalını В«mən yazıçı-mazıçı tanımıramВ» şəklində dəyərləndirməsində qeyri-adi nəyinsə axtarılmasına lüzum yoxdur. Biz Anarı böyütmürük. Çünki Anar zatən böyükdür və hansısa polisin ona həqarət etməsi də Anarı kiçildə bilməz. Təbii ki, bizlər bu gün Anarın ölkədə baş verən eybəcərliklərə susqunluğunu başa düşməyənləri, bunu qəbul etməyənləri də anlayırıq. Çünki biz də o fikirdəyik. Amma bu halda belə, Anarın dəyərsizləşdirilməsi yolverilməzdir. Bəlkə də günah elə Anarın özündədir… Geri qayıt |