Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOV BULVARA HÜCUMA KEÇDİ

ELDAR ƏZİZOV BULVARA HÜCUMA KEÇDİ


27-11-2012, 14:11
ELDAR ƏZİZOV BULVARA HÜCUMA KEÇDİ
DİA.AZ: - Sumqayıtdakı sahibkarlardan birinin DİA.AZ-a verdiyi məlumatlardan aydın olur ki, icrə başçısı Eldar Əzizov Sumqayıtda bulvar ərazisindəki obyektlərə hücuma keçib. Mənbə bildirir ki, neçə gündür həmin ərazidəki obyektlərin sahiblərinə icra hakimiyyəti tərəfindən xəbərdarlıq edilib.

Məlumatda deyilir: В«İcra hakimiyyətinin işçiləri bildirdilər ki, obyektlərimiz qəti şəkildə plana düşüb və sökülməlidir. Bu barədə icra başçısının göstərişi var və bizə şələ-şüləmizi yığışdırmaq üçün bir həftəlik vaxt da verilibВ».

Sahibkarın sözlərinə görə, buna səbəb Sumqayıt bulvarının yenidən qurulmasıdır: В«Amma icra hakimiyyətinin işçiləri bildirdilər ki, əgər yeni bulvar ərazisində obyekt istəyiriksə, bəri başdan 100 min manat verməliyik. Bəzi sahibkarlar var ki, bu pulu verməyə hazırdırlar. Amma nə qədər güvənlidir, bilinmir. Çünki heç bir sənəd verilmir ki, həmin pul ödənilibВ».

Geri qayıt