Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVDAN OĞLUNA DAHA BİR TƏNBEH
ZİYA MƏMMƏDOVDAN OĞLUNA DAHA BİR TƏNBEH27-11-2012, 12:43 |
![]() NAZİR QƏZETLƏRLƏ MÜNASİBƏTLƏRİNİ YOLUNA QOYMASINI TƏLƏB ETDİ DİA.AZ: - Bu gün yerli mətbuatda ən çox dartışılan məsələlərdən biri də В«AzadlıqВ» qəzeti redaksiyasının nəqliyyat naziri Ziya Məmmədovun oğlu, В«ZQANВ» Holdinqin Driektorlar Şurasının sədri Anar Məmmədovdan çıxarılan məhkəmə qərarına uyğun olaraq üzr istəməsidir. Bəri başdan bildirək ki, redaksiyanın bu addımı bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Hətta eyni qaydada cərimə olunan В«Yeni MüsavatВ» qəzetindən В«AzadlıqВ»a incik dolu ismarıclar da göndərilməkdədir. Onu da qeyd edək ki, В«AzadlıqВ» və В«Yeni MüsavatВ» qəzeti ilə yanaşı, nazir oğlu В«Gündəm XəbərВ» qəzetinə də cərimə kəsdirtdirib. Və elə ən çox cərimə olunanı da В«Gündəm XəbərВ» qəzetidir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq В«Gündəm XəbərВ» qəzeti ilə də Anar Məmmədovun vəkilləri arasında danışıqlar gedir və sözügedən redaksiyanın В«AzadlıqВ» qəzeti kimi nazir oğlu ilə anlaşmaya varacağı gözlənilir. Amma bu arada redaksiyamıza maraqlı bir məlumat da daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, əslində bu gün qəzet redaksiyaları ilə yanaşı, Anar Məmmədovun da özünə bu anlaşmalar lazımdır. Mənbəmizin söylədikləri: В«Artıq Anar Məmmədovun yeni bir imajı da yaranıb ki, bu da nazir oğlunun reputasiyasına ciddi zərbə kimi qəbul olunmaqdadır. Söhbət Anar Məmmədovun adının önündə yazılmaqda olan В«qəzetlərin qənimiВ» statusundan gedirВ». Mənbəmiz bildirir ki, bu məsələ o qədər ciddidir ki, hətta nəhayətdə Ziya Məmmədov da işə qarışaraq nüfuzuna milyonlar xərclədiyi oğlu Anar Məmmədova qəzetlərlə barışıq əldə etməsi üçün şərt də qoyub: В«Anar Məmmədovun adı bu gün beynəlxalq təşkilatların hesabatlarında da mənfiyə doğru hallandırılmaqdadır. Və onun qəzetlərə qarşı iddiaları hətta Azərbaycan dövlətinə də bir irad kimi səslənməkdədir ki, bu da Ziya Məmmədovun həm də hakimiyyət içindəki nüfuzuna da mənfi təsir göstərirВ». Mənbəmiz məhz bu səbəbdən Ziya Məmmədovun В«oğlunun işlərinə müdaxilə etməkВ» zorunda qaldığını söyləyib. Geri qayıt |