Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİNİN MÜAVİNİNDƏN TƏLƏB
ƏLİ KƏRİMLİNİN MÜAVİNİNDƏN TƏLƏB27-11-2012, 12:27 |
"PARLAMENT BURAXILMALIDIR" “Ölkə parlamenti legitim deyil və müxalifət bundan sonra onun buraxılmasına nail olmağa çalışacaq”, - Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə hakim partiyadan olan keçmiş deputat Gülər Əhmədovanın iştirakı ilə yayılan videoçarx sübut edir ki, Milli Məclis rüşvətlə formalaşıb. Nərimanov Rayon Məhkəməsinin keçmiş sədri Ağababa Babayev də etiraf edir ki, yuxarı məmurlar günahsız adamları həbsə alır, sonra 5 mln. manat ($6 mln.-dan çox) alaraq buraxır. Parlament saxtadır, məhkəmə sistemi siyasi hakimiyyətdən asılıdır. Noyabrın 17-də etiraz aksiyası zamanı G.Bayramlı bu fikirləri səsləndirdiyinə görə ona qarşı fiziki zorakılıq olub. “Jurnalistlər də daxil olmaqla, aksiya iştirakçılarına qarşı nümayişkaranə şəkildə zorakılıq və qəddarlıq olub. Bu cür hallar yalnız hakimiyyətin göstərişi ilə mümkündür. Hakimiyyət adamları amansızlıqla qorxutduğunu düşünməkdə səhv edir. Biz bundan sonra hakimiyyətin qeyri-legitim olduğunu söyləyəcəyik”, - o vurğulayıb. G.Bayramlı bu yaxınlarda siyasi partiyalarla bağlı qanunvericiliyin sərtləşdirilməsini təsadüfü saymır. Toplaşma və fikrin ifadə olunması azadlığının təsbit edildiyi Konstitusiya bütün vətəndaşlar üçün prioritetdir. Konstitusiya normalarını növbəti dəfə pozan parlamentin hərəkəti onun legitim olmadığını bir daha təsdiqləyir və bu səbəbdən buraxılması qanunauyğundur. Geri qayıt |