Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: FRENK ELKAPONE DƏ YENİ TƏŞKİLATA QOŞULUR
ŞOK: FRENK ELKAPONE DƏ YENİ TƏŞKİLATA QOŞULUR27-11-2012, 11:39 |
TANINMIŞ İŞ ADAMINA RUSİYANIN TƏZYİQ ETDİYİ SÖYLƏNİLİR DİA.AZ: - Redaksiyamıza bu arada maraqlı bir məlumat daxil olub. Rusiyadakı soydaşlarımızdan birinin verdiyi xəbərə görə, bir zamanlar Azərbaycanda böyük siyasətə girişən və ağzı ovularaq geri dönməli olan tanınmış iş adamı, «İntersever» Şirkətlər Qrupunun prezidenti Frenn Elkapone (Füzuli Məmmədov) də «oliqarxların təşkilatı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqına qoşulmaq qərarını verib. Bu barədə məlumatı DİA.AZ-a verən qaynağımız iddia edir ki, əslində Kremlə hər zaman gərgin münasibətlərdə olan Füzuli Məmmədovun belə bir addımı atması gözlənilən deyil: «Amma artıq Füzuli Məmmədova çox yaxın bir şəxslə RATİ-də aparıcı missiyanı həyata keçirən «Azərros»un prezidenti Söyün Sadıqovun arasında görüş olub və görüşdə belə bir razılaşmaya gəlinib». Məlumat üçün bildirək ki, o zaman rəsmi Bakıdan gələn sifariş əsasında Frenk Elkapone narkotika ilə birgə yaxalanaraq bir il həbsdə saxlanıldı. Və bundan sonra onun Azərbaycandakı Xalq Vətənpərvərlər İttifaqı Partiyası, həmçinin «Frenk Uşaq Fondu» da fəaliyyətini dayandırmalı oldu. Mənbəmiz bildirir ki, Frenk Elkaponenin «Oliqarxların təşkilatı»nı cəlb edilməsi də bir plandır: «Məlumdur ki, Elkaponenin Azərbaycanda hələ də dayaqları var. Səbəbsiz deyil, bir il ərzində hər ay 100 min ABŞ dollarını təkcə məcburi köçkün ailələrinə paylayan bir şəxsin ən azından Azərbaycanda 100 tərəfdarının olması inandırıcıdır. Və belə bir adam, həm də imkanı olan adam yeni təşkilatda təmsil olunarsa, Kreml üçün daha yaxşıdır». Məlumata görə, Füzuli Məmmədov könüllü olmasa da, məhz Kremlin basqıları altında bu qərarı verib. Geri qayıt |