Əsas Səhifə > Hadisə > BAKIDA İLGİNC BIÇAQLANMA
BAKIDA İLGİNC BIÇAQLANMA27-11-2012, 10:29 |
CANİNİN KİM OLDUĞU NƏDƏN BİLİNMİR? Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Azadinform”a Xətai rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun R.Quliyev küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən plastik-qapı pəncərə sexində qeydə alınıb. Həmin sexin işçisi Rafiq Süleymanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Rafiq Süleymanov ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildiyindən Rafiq Süleymanovun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi başlayıb. Geri qayıt |