Əsas Səhifə > Gündəm, Manşet > «BANK OF BAKU»NUN QAPILARINI NƏ VAXT KİLİDLƏYİRLƏR?

«BANK OF BAKU»NUN QAPILARINI NƏ VAXT KİLİDLƏYİRLƏR?


26-11-2012, 12:34
«BANK OF BAKU»NUN QAPILARINI NƏ VAXT KİLİDLƏYİRLƏR?
BANK SEKTORUNDA YENİ DALĞA: BİR NEÇƏ BANKIN FƏALİYYƏTİ DURDURULUR

DİA.AZ: - Daha bir neçə bankın fəaliyyətinin təftiş olunacağı ilə bağlı xəbər yayılıb. Xatırladaq ki, bir müddət əvvəl «Royal Bank of Baku»nun fəaliyyəti dayandırıldı, ona qədərsə, daha bir neçə bankla bağlı eyni qərar çıxarılmışdı. Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, anoloji proses əslində bank sektorunda nəzərdə tutulan islahatlarla bağlıdır və gələn ilin yanvar ayına qədər bir neçə bankın da fəaliyyətinə qadağa qoyulacaq.

Bildirək ki, bu günlərdə Milli Məclisin bəzi deputatları da bank sektorundakı sistemsizliyi tənqid edərək, əslində Azərbaycanda bankların sayının çox olmasını diqqətlərə çatdırmışdılar.

DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan verilən xəbərdə vurğulanır ki, konkret olaraq «Bank of Baku»nun da fəaliyyətinin dayandırılması yönündə iş gedir. Qeyd edək ki, bu bankın İranıni xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri barədə dövrü mətbuatda yetərincə informasiyalar yayılıb və hətta məşhur «VikiLiks»də də bu haqda danışılır, ortaya konkret faktlar qoyulur.

Məlumatı verən mənbəmiz iddia edir ki, «Bank of Baku» bu gün bir sıra yeniliklərə imza atması ilə mövcud planları və təəssüratı dağıtmağa çalışsa da, artıq qərar verilib: «Əslində bu həm də Azərbaycan dövləti adına görülməsi nəzərdə tutulan təhlükəsizlik tədbiridir. Hər halda, istəniln bir ölkə üçün bank sektoru strateji əhəmiyyət daşıyır».

Geri qayıt