Əsas Səhifə > Güney Press / Manşet > ƏRDOĞANIN ŞİRKƏTLƏRİ BAKIDAN NİYƏ ÇIXIRLAR?

ƏRDOĞANIN ŞİRKƏTLƏRİ BAKIDAN NİYƏ ÇIXIRLAR?


23-11-2012, 16:11
ƏRDOĞANIN ŞİRKƏTLƏRİ BAKIDAN NİYƏ ÇIXIRLAR?
YENİ ÜNVAN В«MEŞƏ QARDAŞLARIВ»NIN MİSİRİDİR

DİA.AZ: - Son zamanlar Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin ölkəmizi tərk etmələri intensiv xarakter alıb. Bunu bəzi dairələr YAP iqtidarı ilə rəsmi Ankara arasındakı gərginliklə izah etməyə çalışsalar da, əslində burada son zamanlar əcnəbi şirkətlərə qarşı start götürən bəlli kampaniyanın əhəmiyyətli dərəcədə rolu var.

Belə ki, son aylarda Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi ilə Dövlət Miqrasiya Xidməti Azərbaycanda fəaliyyətdə olan ayrı-ayrı əcnəbi şirkətləri təftiş etməyə başlayıb ki, bunun da nəticəsində xeyli sayda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycanda çalışan xarici vətəndaş ölkəmizdən deportasiya olunub.

Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynağın iddialarına görə, əvvəlki illərlə, konkret olaraq keçən illə müqayisədə təkcə Türkiyədən olan şirkət və iş adamlarının sayı yarıbayarı azalıb. Bu isə təsadüfi deyil.

Mötəbər mənbənin redaksiyamıza söylədiyinə görə, burada Türkiyə şirkətlərinə qarşı xüsusi basqıların olması faktdır: В«Bir müddət əvvəl hətta hakimiyyətin müəyyən dairələrinə çox yaxın olan, Heydər Əliyev Mərkəzi kimi mühüm bir obyektin və hakimiyyətə aid onlarla mühüm layihələrin icradarı olan В«DİAВ» Holdinq kimi bir şirkətə qarşı da Dövlət Miqrasiya Xidmətindən bir cəza aləti olaraq istifadə olunduВ».

Mənbəmiz bildirir ki, Azərbaycandan gedən Türkiyə şirkətləri maraqlı bir ünvan seçiblər: В«Onlar maraqlıdır ki, Türkiyəyə qayıtmırlar. Birbaşa olaraq Ərdoğan iqtidarına yaxın olan həmin şirkətlər Azərbaycandan Misirə gedirlər. Son zamanlar rəsmi Qahirə ilə, В«Meşə qardaşlarıВ» ilə dostlaşan Türkiyənin AKP iqtidarı Azərbaycandan qovulan şirkətlərinə də Misirdə münbit şərait yarada bilibВ».

Geri qayıt