Əsas Səhifə > Güney Press / Manşet > ROBERT ƏYYUBOVUN ŞİRKƏTİNƏ CƏRİMƏ KƏSDİLƏR

ROBERT ƏYYUBOVUN ŞİRKƏTİNƏ CƏRİMƏ KƏSDİLƏR


23-11-2012, 15:25
ROBERT ƏYYUBOVUN ŞİRKƏTİNƏ CƏRİMƏ KƏSDİLƏR
RAMİZ MEHDİYEV NECƏ QİSAS ALIR?

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə çəkişmədə olması barədə mətbuatda yetərincə informasiyalar yayılıb. Bildirək ki, bu əsnada Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla bağlı da ilginc məlumatlar yetərincədir. Və buradan belə bir qənaət formalaşır ki, əslində Mehdiyev-Əyyubov çəkişməsi özünü daha çox Robert Əyyubovla bağlı hadisələrdə nəzərə çarpdırır

DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, bu günlərdə əlinə düşən fürsətdən istifadə edən Ramiz Mehdiyev Bəylər Əyyubovun ərökyün qardaşı oğlunu cəzalandıra bilib. Bu barədə məlumatı verən qaynağın sözlərinə görə, bir neçə gün əvvəl Robert Əyyubova məxsus В«Tadım DönərВ» şirkətində Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlamalar həyata keçirilib. Bildirək ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Dövlət Miqrasiya Xidmətində müavin vəzifəsini tutur və son zamanlar bu qurum ölkəmizdəki əcnəbilərə qarşı əməlli-başlı təzyiq vasitəsinə çevrilib. Təkcə bir ay ərzində mindən artıq əcnəbi miqrantın Azərbaycandan çıxarılmasına vəsilə olan miqrasiya xidmətinin bu yolla həm də xeyli qazanc əldə etdiyi söylənilir.

Mənbəmiz bildirir ki, В«Tadım DönərВ»da aparılan araşdırmalar zamanı işçilərin əksəriyyətinin qanunsuz olaraq əmək fəaliyyətilə məşğul olduğu aşkarlanıb: В«Yoxlamanın sifarişinin В«yuxarılardanВ» verildiyi gün kimi aydın idi. Çünki dünənə qədər Robert Əyyubovun В«krışalıqВ» etdiyi В«Tadım DönərВ»ə kimsə əl uzada bilmirdi. Və yoxlamaların nəticəsi olaraq şirkətə 80 min manatlıq cərimə yazılırВ».

Mənbəmiz bildirir ki, bu zaman işə müdaxilə edən Robert Əyyubov da problemi В«yoluna qoya bilmirВ»: В«Ona yalnız simvolik olaraq güzəşt edilir və kəsilən cərimənin məbləği 75 min manata qədər azaldılırВ».

Bu hadisəni PA şefinin Əyyubovlardan qisası kimi dəyərləndirən mənbəmiz onu da vurğuladı ki, digər istiqamətlərdə də adları çəkilən məmurlar arasında ciddi rəqabət var.

Geri qayıt