Əsas Səhifə > Cəmiyyət, Manşet > BORÇALI TÜRKLƏRİ İVANAŞVİLİYƏ SAHIB ÇIXDILAR

BORÇALI TÜRKLƏRİ İVANAŞVİLİYƏ SAHIB ÇIXDILAR


23-11-2012, 14:36
BORÇALI TÜRKLƏRİ İVANAŞVİLİYƏ SAHIB ÇIXDILAR
“SAAKAŞVİLİ ANLAMAQ İSTƏMİR Kİ”...

DİA.AZ: - Gürcüstan Türkləri Konfederasiyası Prezidenti Daşqın Gülməmmədov son zamanlar Gürcüstanda baş verən olaylarla bağlı bəyanat verib. DİA.AZ-a daxil olan bəyanatın mətnində deyilir:

“Çox təəssüf ki son zamanlar Gürcüstanda dövlət sisteminin dağıdılması və prezidentin hökümətlə qarşıdurması porsesi gedir. Bu yolverilməz bir haldır və yaxın zaman içərisində, dövlət sisteminin iflasına və konstitusiya böhranına gətirib çıxaracaq. Gürcüstanın xalqı parlament seçkilərində üstünlüyü dəyişikliklərə və demokratiyaya verdi. Gürcüstan xalqı seçkilərdə açıq-aşkar, demokratik surətdə öz iradəsini ifadə etdi. Gürcüstan prezidenti M.Saakaşvili xalqın bu seçimi ilə barışmalı idi. Ancaq indi görürük ki, arzuedilməz hal ortaya çıxıb. Bu təhlükəli və dağıdıcı prosesin əsas səbəbkarı prezident M.Saakaşvilidir. O parlament seçkilərində partiyasının məğlub olması ilə razılaşa bilmir.

M.Saakaşvili qəbul etmək istəmir ki, Gürcüstan xalqı onu seçkilərdə dəstəkləməyib, onun rəhbərlik etdiyi partiyaya səs verməyib. Anlamaq istəmir ki, Gürcüstanın xalqı öz iradəsinə uyğun olaraq, ədalətli seçim edib. Özünə hörmət qoyan hər bir siyasətçi, dövlət başçısı xalqın iradəsinə hörmətlə yanaşmalı və demokratik seçkilərdə məğlubiyyəti ilə şərəflə barışmalıdır. Mən Gürcüstan Türkləri Konfederasiyası (GTK) adından prezident M.Saakaşvilinin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirəm. Mən bəyanatımı onunla əsaslandırıram ki, M.Saakaşvilinin yaratdığı psevdodemokratiya ratık məhv olmakdadir. Yalan üzərində pərdə açılmaqdadır.

Gürcüstan vətəndaşlarının iradəsi ilə barışmaq və xalqın arzusu ilə razılaşmaq zamanı yetişib. Dövlətçilik maraqlarına ehtiramla yanaşmaq vaxtı çatıb. Qeyri-demokratik dövlət idarəçiliyi təcrübəsi Gürcüstan tarixində var. Ancaq bu heç zaman yaxşı sonluqla nəticələnməyib. M.Saakaşvili gürcüstan üçün nəsə edib. Bu faktdır. Ancaq onun siyasətdəki rolu artık sona çatmaqdadır. Onun üçün ən optimal hal istefa ərizəsi yazmaqdır. Bu M.Saakaşvilinin siyasi karyerasının səmərəli sonluğu olacaq və o Gürcüstan tarixində müsbət şəxs kimi qalacaq. Hərmətli M.Saakaşvili dərin təəssüf hissi ilə bildirirəm ki, sizin prezident postunda qalmağınız dövlətçilin iflası üçün real səbəbə çevrilməkdədir və yaxın zamanlarda konstitusiya böhranı yardacaq. Baş nazir B.İvanişvilini Gürcüstan xalqı seçib. Siz Gürcüstanın milli dövlətçilik maraqlarını nəzərə alıb prezident səlahiyyətlərindən imtina etməlisiniz”.

Geri qayıt