Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: ŞƏHİDLƏR XİYABANINDA MAL OTARIRLAR

ŞOK: ŞƏHİDLƏR XİYABANINDA MAL OTARIRLAR


23-11-2012, 13:04
ŞOK: ŞƏHİDLƏR XİYABANINDA MAL OTARIRLAR
GÖYÇAYDA GÖRÜNMƏMİŞ RƏZALƏT

DİA.AZ: - Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər Xiyabanının baxımsız vəziyyətdə olması kənd sakinlərinin narazılığına səbəb olub. DİA.AZ-ın məlumatına görə bu barədə kənd sakinləri gozetci.az portalına bildiriblər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanında təmir və abadlıq işləri aparılmalıdır: "Bələdiyyədə, icra orqanlarıda buradakı vəziyyəti bilirlər. Amma heç bir tədbir görülmür. Şəhidlər Xiyabanının belə vəziyyətdə olması şəhidlərin ruhuna hörmətsizlikdir",- deyə sakinlər qeyd ediblər.

Sakinlərin dediyinə görə, Göyçaydakı Şəhidlər Xiyabanında təmir işləri aparılması üçün bir il öncə dövlət tərəfindən vəsait ayrılıb: "Həmin vəsaitlə kəndlərdəki Şəhidlər Xiyabanlarında təmir və abadlıq işlərinin aparılması nəzərdə tutulurdu. Amma kəndlərdəki Şəhidlər Xiyabanında heç bir abadlıq və təmir işləri aparılmadı. Ayrılan vəsaitin isə hara xərclənilməsi məlum deyil", - deyə sakinlər qeyd ediblər.

Qeyd edək ki, sözü gedən Şəhidlər Xiyabanı baxımsız vəziyyətdə olduğundan heyvanlar da xiyabanın ərazisinə daxil olaraq orada gəzirlər.

Yazı ilə bağlı Göyçay rayon rəhbərliyinin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt