Əsas Səhifə > Ölkə, Manşet > ARDNŞ ŞEFİ DƏ RUSLARLA HESABLAŞMALI OLUR

ARDNŞ ŞEFİ DƏ RUSLARLA HESABLAŞMALI OLUR


23-11-2012, 11:57
ARDNŞ ŞEFİ DƏ RUSLARLA HESABLAŞMALI OLUR
RÖVNƏQ ABDULLAYEVİN BİZNESİNİ YÖNƏLDƏCƏK ŞOK İSİM

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Gürcüstandakı biznesilə bağlı redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Bilgili qaynağın DİA.AZ-a ötürdüyü xəbərə görə, ARDNŞ prezidenti Gürcüstandakı əsas adamını yenisi ilə əvəzləyib.

Xatırladaq ki, dünənə qədər Tiflisdə , Marneulidə, Batumda və ayrı-ayrı yerlərdə obyektləri olan Rövnəq Abdullayevin Gürcüstandakı biznesini «Socar Georgia»nın vitse-prezidenti Mahir Məmmədov idarə edirdi. Lakin Bidzina İvanaşvilinin Gürcüstanda hakimiyyəti ələ keçirməsindən sonra Tiflisin vergi polisi «Socar Georgia» ilə bağlı apardığı yoxlamalar nəticəsində «Socar Georgia» külli miqdarda vergidən yayınması faktını aşkarlamışdı. Məlum olurdu ki, Azərbaycan şirkəti gürcü hökumətindən 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində pul gəzlədib və bu səbəbdən Mahir Məmmədova və «Socar Georgia»nın bir sıra yetkililərinə qarşı ittiham irəli sürülmüşdü.

Lakin bu ayın əvvəlində Tiflisə gedən Rövnəq Abdullayev yaranmış problemi yoluna qoymağa müvəffəq olur və nəticədə Gürcüstandan Bakıya qaçiaq zorunda qalan Mahir Məmmədov ARDNŞ prezidentinin razılığının ardından iş yerinə qayıtma fürsəti əldə edir.

DİA.AZ-a daxil olan son məlumatlarda bildirilir ki, amma buna baxmayaraq Rövnəq Abdullayev Mahir Məmmədovu «Socar Georgia»da vəzifəsində saxlasa da, ona həvalə etdiyi biznesilə bağlı planlarını dəyişib: «Artıq Mahir Məmmədov ARDNŞ şefinin biznesini yönəltməyəcək. Onun yerinə bu işlə tamam başqa bir adam məşğul olacaq».

Onu da bildirək ki, təsdiqlənməmiş məlumatlara görə, Rövnəq Abdullayevin Gürcüstandakı biznesini rusiyayanlı mövqeyi ilə hər zaman diqqətləri cəlb etmiş, məşhur gürcüstanlı iş adamı Sakit Allahverdiyevin qardaşı oğlu, 2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmış Anar Allahverdiyev tərəfindən yönəldiləcəyi söylənilir. Amma bildirək ki, bu məlumat təsdiqlənməyib. Və əgər xəbər doğrudursa, o zaman ARDNŞ şefinin bu gedişini rusiyayanlı yeni gürcü hökumətinə edilmiş jest kimi də dəyərləndirmək olar.

Geri qayıt