Əsas Səhifə > Siyasət, Manşet > NAMİQ ABBASOVU KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR?

NAMİQ ABBASOVU KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR?


23-11-2012, 10:38
NAMİQ ABBASOVU KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR?
KEÇMİŞ MTN ŞEFİ 2003-CÜ İLƏ QƏDƏR ONA OLAN ETİMADI İTİRMİŞDİ

DİA.AZ: - Özünün gizli videoçəkilişləri ilə aylardır ölkə gündəmini məşğul edən və hətta açıqladığı videolarla hakimiyyətiçi münasibətlərdə təkana belə nədən olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotaj artıq Braziliya serialına nahaq yerə bənzədilmir. Burada ilk diqqətçəkən məqam baş verənlərin arxasında, yəni bu videoçəkiliş oyununun arxasıenda bir «ssenari müəllifinin» olması qənaətinin möhkəmlənməsidirsə, digər bir qənaət də prosesin məqsədli şəkildə acı bağırsağa çevrilməsi ilə bağlıdır.

Yəni bu işlərin arxasında dayanan qüvvələr Elşad Abdullayevin videoçəkilişləri əsasında öz oyunlarının ssenarilərini qurur, gedişlərini edirlər. Onu da xatırladaq ki, növbəti gedişlərin birində keçmiş Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun da adı məlum işdə hallandırıldı ki, bunu da bir sıra ekspertlər haqlı olaraq məqsədli sui-istifadə kimi dəyərləndirdilər.

DİA.AZ-a bu barədə ötürülən xəbərlərdən aydın olur ki, Namiq Abbasovun adının bu işdə az qala maraqlı tərəfi kimi «raskrutka»ya buraxılması heç də təsadüfi deyil. Xatırladaq ki, həmin materiallarda qeyd olunurdu ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayev məhz Namiq Abbasovun nazir olduğu dönəmlərdə, yəni 2003-cü ildə oğurlanıb və bu hadisə zamanı Namiq Abbasov biganəlik nümayiş etdirib.

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, hadisə Namiq Abbasovun nazir olduğu vaxtda baş versə də, bir məqamı nəzərə almaq xüsusi olaraq gərəklidir: «Namiq Abbasov 2001-ci ilin sonlarından etibarən etimadını itirmişdi. Və «Caspian Fish»lə bağlı qalmaqallı olay isə, ümumiyyətlə keçmiş MTN şefinə vurulan ən böyük zərbə oldu. Həmin dönəmdən etibarən Namiq Abbasovun tənəzzül və təcrid prosesinə start verildi. Və sonradan onun vəzifəsindən alınması, əslində səlahiyyətlərini itirməsinin rəsmiləşdirilməsindən başqa bir şey deyildi». Mənbəmiz onu da bildirdi ki, “Caspian Fish” qalmaqalından sonra Namiz Abbasov ona görə vəzifədə qaldı ki, o, Azərbaycan dövləti adından Qərbin də marağında olan bir sıra regional layihələrdə aparıcı fiqura çevrilmişdi. Həmin layihələr bitəndən sonra Namiq Abbasovun əmri də verildi.

Yəni belə bir şqəraitdə Namiq Abbasovun biganəliyinin hansı halla ortaya çıxdığını diqqətə çatdıran mənbəmiz onu da vurğuladı ki, amma bu gün keçmiş MTN şefinin adının ABU qalmaqalında hallandırılması təsadüfi hesab oluna bilməz: «Məlumdur ki, bu prosesdə ilk günündən kimlər hədəfə alınıb. Bax, elə həmin əsas hədəflər də iz azdırır, süni şəkildə miqyası genişləndirirlər. Bu istiqamətdə isə onların niyyətlərinə çatmaları üçün Namiq Abbasovdan gözəl bir detal ola bilməzdi… Çünki hətta səfir qədərində belə səlahiyyəti yoxdur».

Geri qayıt