Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: BAKIDAN PKK İLƏ BAĞLI BİLGİLƏR İSTƏNİLDİ

ŞOK: BAKIDAN PKK İLƏ BAĞLI BİLGİLƏR İSTƏNİLDİ


23-11-2012, 10:14
ŞOK: BAKIDAN PKK İLƏ BAĞLI BİLGİLƏR İSTƏNİLDİ
DAĞLICA TERRORUNUN ARXASINDAKI İSİMLƏR BAKIDA KİMİNLƏ GÖRÜŞÜB?

DİA.AZ: - Son günlər bölücü kürdlərin əsdirdiyi terror rüzgarı qardaş Türkiyədə neçə canların alınması hesabına başa gəlməkdədir. Əgər hazırki AKP iqtidarına qədər Türkiyə PKK-lıların müxtəlif terror aktları və hücumları nəticəsində 32 minə yaxın vətəndaşlarını itirmişdilərsə, artıq bu rəqəmin ikiyə qatlandığı söylənilir. Yəni 30 ildəki itkilərin sayı qədərində 10 ildə itki verən qardaş Türkiyənin bu gün hansı dəhşətlə üz-üzə olduğunu təsəvvür etmək o qədər də çətin deyil.

Amma buna rəğmən hələ də rəsmi Bakı bölücü kürdlərin təşkilatını terrorçu kimi rəsmən tanımır və bu mövzuda qardaş Türkiyəyə hər hansı dəstəyi verməyi belə ağlının ucundan da keçirmir. DİA.AZ xatırladır ki, dəfələrlə yerli və Türkiyə mətbuatında rəsmi Ankaranın Azərbaycan hakimiyyətindən PKK ilə əlaqəsinin olduğu ehtimal edilən bəzi azərbaycanlı məmurlarla bağlı hesabatın istənildiyi, tədbirlərin görülməsi tələb olunduğu halda, rəsmi Bakı bu müstəvidə tükünü belə tərpətməyib.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, yenə də PKK-lıların azğınlaşdığı bir dönəmdə qardaş ölkəyə Azərbaycanın dəstək durması ehtiyacı yaranıb. Söhbət bilgi dəstəyindən gedir. Xatırladaq ki, bu günlərdə iki il əvvəl Türkiyənin Dağlıca deyilən ərazisində baş verən terror aktına görə suçlu bilinən 9 PKK-lıya qarşı qurulan məhkəmə prosesi başa çatıb və onlara üst-üstə 118 il iş verilib.

Məlumatlı mənbələrin DİA.AZ-a ötürdüyü xəbərə görə, həmin işin məhkəmə araşdırması zamanı həbs olunan terrorçulardan ikisinin - Abdullah Marhanla Cesim Marhanın Azərbaycanda olduqları və onların Azərbaycanda böyük nüfuz sahibi olan məmurlardan birinin yaxın qohumu ilə görüşdükləri təsbit olunub:

«Aydın olub ki, məlum terror aktından iki ay əvvəl Marhan qardaşları Bakıdakı otellərin birində nüfuzlu məmurlarımızdan birinin yaxın qohumundan hətta böyük miqdarda nağd pul da alıblar və həmin pul sonradan xüsusi nəzarət altında Azərbaycandan çıxarılıb».

Mənbəmiz bildirir ki, məhz bu məsələ ilə əlaqədar Türkiyənin hüquq-mühafizə orqanlarının istəyilə rəsmi Ankaranın Azərbaycan dövlətinə araşdırma aparması üçün müraciət etdiyi məlum olur.

Geri qayıt