Əsas Səhifə > Ölkə, Manşet > PREZİDENT ADMİNİSTRASİYASI QARŞISINDA AKSİYA
PREZİDENT ADMİNİSTRASİYASI QARŞISINDA AKSİYA22-11-2012, 14:38 |
HƏR ÇƏRŞƏNBƏ AXŞAMI ETİRAZ OLACAQ DİA.AZ: - Z.Tağıyev adına tikiş kombinatının sakinləri problemləri həll olunmayana qədər hər çərşənbə axşamı Prezident Administrasiyasının binasının qarşısında piket keçirəcəklər. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, bu məsələni uzatmaq olmaz. Hakimiyyət küçədə qoyduqları adamların qarşısındakı məsuliyyətini başa düşməlidir. 2000-ci ildə Bakıda baş vermiş zəlzələdən sonra bu yataqxana binası çat verib və 160 ailənin yaşaması üçün yararsız hala düşüb. Nazirlər Kabineti yeni binanın tikintisinə 40 sot yer ayırıb və ailələr bura köçürülməlidir. 2003-cü ildə tikinti başlayıb və 2012-ci ilin mayında başa çatıb. Lakin yeni evə cəmi 60 ailə köçüb. Bu, 346 mənzildən ibarət 18 mərtəbəli, iki bloklu evdir. Binanı tikən “Ümid” tikinti şirkəti nəinki yataqxanada qalan 80 ailəyə mənzil vermir, üstəlik onları satır. Eyni zamanda Nazirlər Kabinetinin yataqxananın təmiri barədə qərarı yerinə yetirilmir, FHN-in rəyinə görə, bina qəza vəziyyətindədir. Sakinlər bildiriblər ki, binada isitmə sistemi yoxdur, uşaqlar və yaşlılar tez-tez xəstələnir, qışın gəlişi ilə vəziyyət daha da gərginləşə bilər. Sakinlər bu işin araşdırılması üçün Baş Prokurorluğa müraciət ediblər. Onlar belə güman edirlər ki, korrupsiya və yalanın qurbanı olublar. Lakin onların şikayətlərinə reaksiya verən yoxdur. Geri qayıt |