Əsas Səhifə > Hadisə > ELŞAD ABDULLAYEVİN DAHA BİR "REJİSSOR UĞURU"

ELŞAD ABDULLAYEVİN DAHA BİR "REJİSSOR UĞURU"


22-11-2012, 11:01
ELŞAD ABDULLAYEVİN DAHA BİR "REJİSSOR UĞURU"
SONUNCU VİDEOLAR DA CİNAYƏT İŞİNƏ QATILDI

Baş Prokurorluq Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülərlə bağlı açıqlama verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, fəaliyyəti dayandırılmış universitetin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib. Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilib, dindirmələr aparılır və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

E. Sultanov həmçinin bildirib ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan lazımi nəticə çıxarmırlar”.

Geri qayıt