Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOVLA BAĞLI YENİ SSENARİ İŞƏ DÜŞÜB

CAVİD QURBANOVLA BAĞLI YENİ SSENARİ İŞƏ DÜŞÜB


22-11-2012, 10:58
CAVİD QURBANOVLA BAĞLI YENİ SSENARİ İŞƏ DÜŞÜB
İNDİ DƏ ASC PREZİDENTİNİ ŞANTAJ EDİB, PULUNU ƏLİNDƏN ALIRLAR

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda ən çox barəsində yazılan «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun «qanının arasına» fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev girdi, - desək, yanılmarıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda deyilir ki, əslində Cavid Qurbanov iki ay əvvəl vəzifəsindən alınmalı idi, sadəcə olaraq məlum proseslər gündəmi dəyişdiyindən ASC prezidenti hazırda az qala unudulmuş vəziyyətdədir.

Mötəbər mənbənin bildirdiyinə görə, amma buna rəğmən rəqibləri Cavid Qurbanova qarşı başlatdıqları kampaniyanı bitirmə qərarı veriblər. Qaynağın iddia etdikləri:

«Cavid Qurbanovun kitabı bağlanıb. Sadcə olaraq onun əlində mandatın olması rəqiblərinə ciddi əngəl yaradır. Artıq Gülər Əhmədovanın mandatı əlindən alındı. Növbəti bir deputatın da mandatının əlindən alınması şəraiti yetişdirilərsə, o zaman bunun adına parlament böhranı deyilər ki, buna da siyasi hakimiyyətin heç bir vəchlə yol verməyəcəyi şəkksizdir».

Mənbəmiz bildirdi ki, məhz bu səbəbdən Cavid Qurbanovun əleyhinə işləyən çevrələr əllərindəki kamparamat xarakterli materiallardan artıq fərqli formada istifadə etməyə başlayıblar: «Əgər dünənə qədər həmin materialların mətbuata ötürülməsi ideyası var idisə və bununla da Cavid Qurbanova qarşı atmosfer formalaşdırılırdısa, indi plan fərqlidir. Əldəki faktlardan ASC prezidentini təhdid edərək, pul alırlar».

Konkret faktlardaen danışan mənbəmiz onu da bildirdi ki, məsələn, bu günlərdə Cavid Qurbanov təxminən 100 min manat pulu olduqca ilginc bir materialın ifşa olunmaması üçün onu şantaj edən şəxslərə vermək zorunda qalıb.

Geri qayıt