Əsas Səhifə > Hadisə > DAHA BİR TİCARƏT MƏRKƏZİ ATƏŞƏ VERİLDİ
DAHA BİR TİCARƏT MƏRKƏZİ ATƏŞƏ VERİLDİ22-11-2012, 10:02 |
YANĞININ SÖNDÜRÜLDÜYÜ DEYİLİR Bakıda böyük ticarət mərkəzlərindən birində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində qeydə alınıb. Mərkəzin saunasının taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Geri qayıt |