Əsas Səhifə > Gündəm, Manşet > DİA.AZ ÖZ VƏTƏNİNƏ ASİ OLANIN CAVABINI VERDİ

DİA.AZ ÖZ VƏTƏNİNƏ ASİ OLANIN CAVABINI VERDİ


22-11-2012, 09:17
DİA.AZ ÖZ VƏTƏNİNƏ ASİ OLANIN CAVABINI VERDİ
İRƏVANDA OLAN, BAKIYA BURAXILMAYAN BAYRAM ƏZİZOV GERİ DÖNDÜ

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Qazaxıstan vətəndaşı olan Azərbaycan əsilli Bayram Əzizov adlı şəxs Heydər Əliyev adına hava limanında saxlanılaraq Azərbaycana buraxılmayıb. Bu barədə «Bilayn Qazaxıstan» telekommunikasiya şirkətinin əməkdaşı olan Bayram Əzizov özünün «tvitter» səhifəsində də geniş açıqlama yayıb.

DİA.AZ bildirir ki, Bayram Əzizovun Azərbaycana buraxılmamasının nədəni onun az əvvəl düşmən Ermənistanda səfərdə olması ilə əlaqədardır. Onun pasportunda Ermənistanda olması barədə qeydlər olub ki, bu səbəbdən ölkəmizə buraxılması məqsədəuyğun hesab olunmayıb.

Amma bu hadisə düşmən Ermənistanın əlində sanki bir bayrağa çevrilib və Azərbaycana qarşı beynəlxalq ictimai rəyin formalaşdırılmasına çalışıldı.

Onu da bildirək ki, artıq Bayram Əzizov geriyə qayıtmalı olub və iki gün Bakıda hava limanında saxlanılan Qazaxıstan vətəndaşının Azərbaycana buraxılmasına icazə verilməyib. Hər halda, yerli hüquq-mühafizə orqanlarımızın bu addımı anlaşılandır.

Bayram Əzizovun özü isə yenə də «tvitter» səhifəsində bu barədə yazaraq soydaşı olduğu Azərbaycan əleyhinə də ifadələr işlədib. Bu ifadələrin qarşılığı olaraq DİA.AZ adından bizlər də Bayram Əzizovun «tvitter» səhifəsinə öz qeydlərimizi buraxdıq. Və rus dilində olan həmin mətnin tərcüməsini diqqətinizə çatdırırıq:

DİA.AZ ÖZ VƏTƏNİNƏ ASİ OLANIN CAVABINI VERDİ

«@BagaAzizov Əzizim, sən azərbaycanlısan. Və sən bilirsən ki, bizim ermənilərlə hansı problemimiz var. Və sən bunu bilməli idin… Hə, bizim üçün istənilən bir xırda detal belə gələcəkdə böyük problemə çevrilə biləcək haldadır. Bu qədər həssas olmaq zorundayıq. Yəqin sən MÜHARİBƏ nədir, bilmirsən… Yəqin sənin heç Azərbaycan Türkü olma duyğusundan da xəbərin yoxdur… Əks halda, boş yerə bu şəkildə üsyan etməzdin»…

Geri qayıt