Əsas Səhifə > Güney Press / Manşet > RZA İBADOV BAKIYA BİRDƏFƏLİK QAYIDA BİLƏR

RZA İBADOV BAKIYA BİRDƏFƏLİK QAYIDA BİLƏR


21-11-2012, 16:08
RZA İBADOV BAKIYA BİRDƏFƏLİK QAYIDA BİLƏR
DİA.AZ: - Uzun illərdir Azərbaycandan qaçaq düşən və yalnız ara-sıra Bakıya dönmə fürsəti əldə edən keçmiş millət vəkili Rza İbadov Bakıya qayıda bilər. Bu ilginc məlumatı DİA.AZ-ın e-mail adresinə özünü sabiq iş adamının yaxınlarından biri kimi təqdim edən Vahab Əlizadə yollayıb.

Məlumatı verən şəxs bildirir ki, bir zamanlar qara mazut biznesi ilə məşğul olan və bu işdə keçmiş parlament sədri Rəsul Quliyevin əsas ortaqlarından biri kimi tanınan Rza İbadovun Bakıya birdəfəlik dönmə niyyəti var və o bu barədə YAP iqtidarının bəzi nümayəndələri ilə danışıqlar da aparıb zaman-zaman:

В«Rza İbadov Azərbaycanda daimi yaşamaq istəyir. Və 2005-ci ilin parlament seçkilərində namizədliyini verərkən də məqsədi bu idi ki, rəsmi Bakının özünə olan münasibətini öyrənsin. Onun namizədliyini qeydə aldılar. Bu razılaşma əsasında oldu. Və onda müəyyən ümidlər yarandı. Hətta seçkidə böyük pullar da xərclədi. Lakin sonradan həmin il Rza İbadova qarşı cinayət işi qaldırdılarВ».

Mənbəmiz bildirir ki, həmin zaman indiki Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məğlub olan Rza İbadov birdəfəlik olaraq Azərbaycanı tərk etməli olur: В«Sonradan Rza İbadovun üzərindəki cinayət işi ləğv edilir. Çünki şikayətçi olaraq Rövnəq Abdullayev idi və o, hüquq-mühafizə orqanlarına Rza İbadovdan onu aşağılayan mətbu nəşri çap etdirməsi səbəbindən şikayət etmişdi. Bu məsələdən sonra Rza İbadov Bakıya bir neçə dəfə gəlsə də, onun uzun müddətə ölkədə qalması mümkün olmurВ».

Amma indi vəziyyətin müəyyən qədər dəyişdiyini bildirən mənbəmiz vurğulayır ki, Rza İbadov gələn ilin əvvəllərindən Bakıya birdəfəlik olaraq qayıdacaq.

Geri qayıt