Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİSTANA SƏFƏR ETMƏSİ ONUN BAŞINA İŞ AÇIB

ERMƏNİSTANA SƏFƏR ETMƏSİ ONUN BAŞINA İŞ AÇIB


21-11-2012, 11:52
ERMƏNİSTANA SƏFƏR ETMƏSİ ONUN BAŞINA İŞ AÇIB
QAZAXISTAN VƏTƏNDAŞI PREZİDENT İLHAM ƏLİYEVƏ DƏ MƏKTUB YAZIB

DİA.AZ: - Erməni mətbuatının bildirdiyinə görə, Bakı hava limanının paspoprt nəzarət şöbəsinin əməkdaşları günlərdir ki, əslən azərbaycanlı olan bir Qazaxıstan vətəndaşını Azərbaycana buraxmaqdan imtina edirlər və onu aeroport ərazisində saxlayırlar. DİA.AZ bildirir ki, bu barədə xəbəri yayan erməni mətbuatının bildirdiyinə görə, həmin şəxs «Bilayn Qazaxıstan» telekommunikasiya şirkətinin əməkdaşı Bayram Əzizovdur.

Məlumatda deyilənə görə, Bayram Əzizovun Bakı hava limanında saxlanılmasının nədəni onun az əvvəl İrəvanda olması haqda pasportunda qeydlərin olmasıdır.

Bildirək ki, Bayram Əzizovun özü də bu barədə Tvitter-də yazıb: «Pasportumu götürdülər. Soruşdular ki, mən kiməm və burada nə edirəm. Soruşdular ki, nədən bir azərbaycanlı Ermənistanat getmək fikrinə düşsün və s. Pasportumu gecə saat 00.00-da götürüblər. İndi isə səhər tezdəndir. Yemək yemək istədim, dərhal rədd cavabı eşitdim. Oturub gözləyirəm, vəd ediblər ki, mənə yaxınlaşacaqlar».

Ermənilər iddia edir ki, Qazaxıstan vətəndaşına qarşı atılan bu addım xarici işlər nazirliyinin heç bir reaksiyasına səbəb olmaması nədənindən Tvitter-də bu məsələ böyük rezonans doğurub.

Onu da bildirək ki, Bayram Əzizov prezident İlham Əliyevin səhifəsinə də başına gələnlərlə bağlı yazıb və ondan kömək istəyib. Tvitter-də prezidentə aid səhifədə belə yazılıb: «Sabahınız xeyir» Kömək istəyirəm! Mən Qazaxıstanın vətəndaşıyam. 2 gündür ki, Bakı hava limanının tranzit zonasında saxlanılıram. Mənim pasportum sərhədçilərin əlindədir. Saxlanılmağımın səbəbini bilmmirəm. Döşəmədə yatıram və kosevrləşdirilmiş yemək yeyirəm. Pulum qurtarmaq üzərədir! Qazaxıstanın xarici işlər nazirliyi bu barədə məlumatlandırılıb».

Erməni mətbuatı iddia edir ki, İlham Əliyevin Tvitter səhifəsindəki bu yazılar sonradan silinib.

Təbii ki, bu hadisə yaxşı hal deyil. Amma burada sərhədmilərimizi də suçlamaq doğru deyil. Doğru olmayanı təkcə Bayram Əzizovun saxlanma şəraitinin yaxşı olmaması ilə bağlıdır. Çünki, biz ermənilərlə müharibə şəraitindəyik və hər bir azərbaycanlı bilməlidir ki, ermənilər bizə nə qədər düşməndir. Hətta Qazaxıstan vətəndaşı olması da hansısa azərbaycanlını bu bilgini öyrənmə, hiss etmə məsuliyyətindən yayındırmır...

Geri qayıt