Əsas Səhifə > Hadisə > BAKIDA GECƏ KLUBUNDA KÜTLƏVİ DAVA
BAKIDA GECƏ KLUBUNDA KÜTLƏVİ DAVA21-11-2012, 11:24 |
XEYLİ SAYDA YARALANAN VAR Noyabrın 13-də saat 23:40 radələrində Bakı şəhərinin Bülbül prospektində yerləşən gecə klubunda kütləvi dava olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər xuliqanlıq zəminində Yalçın Əliyevə və Ramin Məmmədova bıçaqla, Elmar Qırxlarovu isə döyərək xəsarət yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə xuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orxan Əhmədov noyabrın 20-də yaxalanıblar. Xuliqanlıqda şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |