Əsas Səhifə > Siyasət, Manşet > RUSİYA KƏŞFİYYATI AZƏRBAYCANA CƏHƏNNƏM VƏD EDİB

RUSİYA KƏŞFİYYATI AZƏRBAYCANA CƏHƏNNƏM VƏD EDİB


21-11-2012, 09:46
RUSİYA KƏŞFİYYATI AZƏRBAYCANA CƏHƏNNƏM VƏD EDİB
RAMİZ MEHDİYEVİ MÜDAFİƏ EDƏN KREMLİN ÖLKƏMİZƏ QARŞI ŞOK PLANI

DİA.AZ: - Bəli, artıq Ramiz Mehdiyevi müdafiə etmə və Azərbaycandakı maraqlarını qoruma naminə yola çıxan Rusiya dövlətimiz və millətimiz əleyhinə bütün eybəcərliklərə baş vurmaqdadır. Artıq bunun ilkin simptomları görünməkdədir ki, bu da Azərbaycanda çox dəhşətli oyunların ssenarisinin icrasına girişilməsindən xəbər verir. Söhbət dövlətimizə qarşı yeni separatizm yuvalarının yaradılması cəhdlərindən gedir.

Hər zaman belə olub və yenə də ruslar Azərbaycanı parçalama təhlükəsi ilə təhdid edirlər. Bir zamanlar belə bir təhdid Rusiyanı Cənubi Qafqazda qanını əməlli-başlı qaralda bilmiş Əbülfəz Elçibəy iqtidarının devrilməsi qələbsinə qovuşdurdu. Və həmin hadisələrin fonunda indiki YAP iqtidarı hakimiyyətə gəldi. İndi isə İlham Əliyevin hakimiyyətinə qarşı hərəkətə keçən Kreml eyni ssenari ilə YAP iqtidarını devirməyi düşünür.

DİA.AZ bildirir ki, həm Rusiyada yaranmış oliqarxların təşkilatı vasitəsilə və həm də digər olaylarla Azərbaycanı yenə də öz nəzarət zonasına daxil etməyə çalışan rəsmi Moskvanın ölkəmizdə etnik və dini separitizmi qızışdırma cəhdləri hələ də bu müstəvidə çətinlik çəkən Azərbaycana yaxşı heç nə vəd etmir.

Onu da bildirək ki, bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri Şimal bölgəmizə səfər edərək orada milli azlıqları təmsil edən gənclərlə görüş keçirib. Bu görüşün ideyasının hansı zərurətdən yaranması və necə təşkil olunması ilə bağlı isə heç bir məlumat verilmir. Bunun ardından isə cənubda yeni bir təşkilatın yarandığı məlum olur.

Son xəbərlərə görə «Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi» adlı təşkilat yaranıb. Adları ilə guya ki, Azərbaycan dövlətçiliyinə xidmət etdiklərini göstərməyə çalışan bu «birliyin» təşəbbüskarlarının əslində Türkiyədəki Barış və Demokratiya Partiyasından heç bir fərqlərinin olmadığı elə ilk tələblərindən, məramlarından aydın olur. Necə ki, Türkiyədə BDP elə terrorçu PKK-nın üzdə olan formasıdır, Azərbaycanda yeni yarandığını elən edən bu «birlik» də məhz separatçı məramnaməsi ilə ilk gündən diqqətləri cəlb etdi.

Hər halda, kimsə burada Rusiya izinin olmasını inkar edə bilməz. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbələrin sözlərindən belə aydın olur ki, qarşıdan gələn prezident seçkilərinə qədər ruslar Azərbaycanı cəhənnəmə döndərmə missiyasaı ilə yükləniblər. Yəni onlar həm şimalda və həm də cənubda separatçılıq meyillərini gücləndirmə yönündə ciddi fəaliyyət göstərirlər ki, hətta bu məqsədlə Rusiyadan Azərbaycana onlarla təxribatçı casuslar da gəlib.

Kifayət qədər peşəkar olan bu casusların eyni zamanda köhnədən qalan sovet «KQB»sinin agentləri ilə irtibata keçdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, əgər Azərbaycanın xüsusi xidmət orqanları zamanında bu proseslərə müdaxilə etməsələr, o zaman həqiqətən də rusların niyyəti baş tuta bilər və Azərbaycana vəd olunan cəhənnəm gerçəkləşə bilər: «Vəziyyət ciddidən təhlükəlidir. İllirdir ki, ruslar Azərbaycan əleyhinə ayrı-ayrı separatçı mərkəzləri formalaşdırıb, onları inkişaf etdirirlər. Və bu gün həmin mərkəzlərə əlavə maliyyə və enerji ayıraraq onları fəallaşdırmaqdadırlar. Bir yandan «sadval»çıları ayaqlandırırlar, digər yandan «tmr»çiləri. Başqa bir istiqamətdən isə illərdir Azərbaycan əleyhinə internet şəbkələrində təbliğat kampaniyası aparan avar separatçılarını fəallaşdırıblar. Bütün bunların qarşısının isə hələ alınmadığı təəssüratı hökmrandır».

Mənbəmiz onu da bildirdi ki, Kremlin Azərbaycana qarşı dəhşətli planları ilə bağlı redaksiyamıza bu günlərdə çox dəhşətli faktları təqdim edəcək. Bizi izləməkdə davam edin…

Geri qayıt