Əsas Səhifə > Güney Press > GƏLƏN İL NECƏ GEYİNƏCƏYİK?
GƏLƏN İL NECƏ GEYİNƏCƏYİK?20-11-2012, 14:21 |
![]() Artıq 2013-cü ilə qədəm basmağımıza lap az qalıb. Çox güman ki, dəblə ayaqlaşanlar dünyaşöhrətli brendlərin payız-qış mövsümündə hansı geyimlərin, uzunboğaz çəkmələrin, aksesuarların dəbdə olduğunu müəyyənləşdirməyə çalışırlar. Bu cür OXUcularımıza əziyyət verməyib, onlara elə öz modelyerlərimizin, stilistlərimizin məsləhətlərini dinləmək şansı veririk. İlk olaraq “Siyah yıldızlar” Modalar evinin rəhbəri modelyer-rəssam Zemfira Qurbanovanın məsləhətlərindən başlayaq: - İlk öncə onu vurğulayım ki, 2013-cü ildə də “pudra” rəngı dəbdə olacaq, ta ki gələn ilə kimi. Amma bu, o demək deyil ki, başdan-ayağa kimi “pudra”ya bürünəsən. Eyni zamanda tünd, açıq göy rəngdə olan geyimlər – paltolar, yubkalar, donlar, şərflər, çantalar almaq məsləhətdir. Bu rəngə üstünlük verilərsə, müxtəlif aksesuarlardan istifadə etmək mümkündür. Məsələn, əgər tünd göy palto geyindinsə, çəkmən qara və ya açıq rəngdə olmalıdır ki, tarazlıq pozulmasın, yəni göz yorulmasın. İkincisi, üzümüzə gələn il güpurlarla bəzədilmiş geyimlərə üstünlük veriləcək. Əsasən də ag, süd rəngli güpur donlar, koftalar, hətta şalvarlar mod olacaq. İdman stili elə də dəbdə olmayacaq, 2013-cü ildə əsasən klassik geyimlər – hardasa, 70-80-cı illərin dəbi özünü göstərəcək. Trapes şalvar yenə də dəbdə olacaq, düzdür, xanımlarımız hələ ki, srtic cinclərdən və ya digər parçadan olan dar şalvarlardan əl çəkmək istəmirlər. Amma üzümüzə gələn il əsasən gen şalvarlar dəbdə olacaq. Makiyaj - əgər pomadan tünddürsə, gözlər və yanaqlar açıq rəngə boyanmalıdır. Yox, əgər əksinədirsə, deməli, pomadanı açıq rəngdə çəkməlisən. Bu il Alexandro McQueen-nin sayəsində dəmirli-tikanlı geyimlər dəb şəklini ala bildi. Bu marka uzun illərdir ki, birinciliyi qazanmaqdan ötrü çalışıb-vuruşub və nəhayət, bu il istəyinə çatdı. Beləlilə, 2013-cü ildə dəmirli tikanlardan ibarət olan geyimlərə üstünlük veriləcək, Çox güman ki, bu dəb uzun çəkməz. Hardasa yaya qədər aktuallığını itirə bilər. O ki qaldı uzunboğaz çəkmələrə, dizə qədər və dizdən də yuxarı çəkmələr yenə də dəbdədir. Eyni zamanda qısa çəkmələr də sıradan çıxmayıb. Geyimlə bağlıdır bu cür seçimlər. Geyimindən asılıdır. Və əlbəttə ki, xanımın zövqündən. İri, dirsəkdə tutulan çantalar bu il də dəbdə olacaq, xatırladım ki, klaçlar yavaş-yavaş sıradan çıxmaq üzrədir. Onları çox kişik ölçülü kloklar əvəzləyəcək. Dəri geyimlər yenə də dəbdə qalacaq. Amma xəzlə qarışıq olanlar öz aktuallığını itirəcək. Ayaqqabılara gəldikdə, hündürdaban dəbdən düşməyəcək, əksinə gələn ilə kimi, hətta bəlkə o biri il də xanımlarımızın gözəlliyini büruzə verməkdən ötrü dəbdə qalacaq. Platformalar bütün dünya markalarının şahı hesab olunursa, deməli, istehsalla əlaqədar platformalar da dəbdə qalacaq. Açıq rəngli ayaqqabılar tünd geyimləri tamamlamalıdır. Pencək də 2013-cü ildə aksesuar kimi nəzərdə tutulub, yəni hər bir qadının qarderobunda pencək sözsüz olmalıdır. O ki qaldı kişilərə, idman stili bu il kişilər üçün də köhnələcəkdir. İki düyməli, bədənə oturan kostyumlar açıq hava, bordo, tünd göy, fosfor rəngində olan qalstuklarla bir-birini tamamlayır. Ayaqqabılardan ucu biz olanlar dəbdə olacaq. Kostyumu gözəgəlimli edən həmişəki kimi ağ köynəkdir! Bəli, bu, əməkdar artist Lalə Məmmədova, Ruhi, Arzu Mələk, Günel Məhərrəmova və bir çox səhnə adamları ilə işbirliyi quran, genişmiqyaslı layihələrə imza atan modelyer-dizayner Zemfira Qurbanovanın 2013-cü il üçün nəzərdə tutulan məsləhətlərindən idi. Tezliklə daha bir neçə modelyerlərimizin fikirlərini də diqqətinizə çatdıracağıq. Geri qayıt |